Dənliyi dolanda bülbül oxuyur,“Səni axtarıram, hardasan, gülüm?”Ağrı hiss edir o tikan batanda,Lakin heç yadına düşməyir ölüm.

Ömrünün sonunu düşünmür insan,Azca o yatdımı, oldumu xəstə.Elə bil hiss edir – hərdənbir duyur,Ölüm qılıncını başının üstə.

Bütün canlıların əşrəfi insan,Bir bunda bədbəxtdir – bəlkə təkdir o.Vaxtını bilməyir, lakin dünyadan,Bilir əzəl-axır köçəcəkdir o.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов