Mən qəlbimin ilk eşqiniSənə verdim uzaqdan,Bu gün də xəyalımdaBəslədiyim komandan!..Mən kiçikdim o zamanlarSən göy atın belində,Hacıkəndin dağlarında,Gözəl vətən elində,At çapardın təlimlərdəVurar, nişan alardın.Göy dağların sinəsinəSən vəlvələ salardın.Mən kiçikdim, o zamanlarSən vüqarla keçərdin;Bəzən bulaq başlarındaOvucla su içərdin.Mən dalınca baxa-baxaHəsrət çəkərdim sana,Komandanım, o günləriBir yadına salsana...Yadındamı, komandan,Ağacların dalındanSöz atıb dillənən qız?Söyüd budaqlarında,Yalın ayaq, hər axşam,Oturub yellənən qız?

Mən kiçikdim, komandanım,Lakin sevirdim səni;Bəsləyərdim ürəyimdəBöyük bir əməl kimi,Yenilməz bir arzu kimi.Sarsılmaz bir ər kimi.Bilirdim ki, sən qoymazsanDüşmən mənə kəm baxa,Gəncliyimin şən çağındanBahar ötə, qəm baxa.Yadındamı, komandan,Su içməyə bulaqdan,Endin, atın dayandı,Ürəyim oda yandı...Su doldurub verəndə,Sən başımı oxşadın.O gündən bu qəlbiməYazıldı sənin adın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов