Dedin
Şair, yenə ağı qaraya qatdın,Yeyib yatanları vaxtsız oyatdın.“Kimə qismət oldun, kimi yaşatdın”.A mənim çörəyim, çörəyim, dedin.
Qışları qışlaqdır, yayları yaylaq,Qızıldır gəzdiyim bizim o torpaq.“Sən dağa arxalan, arxalıdır dağ”A mənim kürəyim, kürəyim, dedin.
Hər üzə gülənə etmə etibar,Hələ gizli qalan düşmənlər də var.“Səni neçə dəfə nişan aldılar”,A mənim ürəyim, ürəyim, dedin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-dedin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Buradan səniBaşma döndüyüm, ay qəşəng Əsmər,İstəməm gedəsən buradan səni.
Yarın cəfası cümlə vəfadır, cəfa degilYarın cəfası cümlə vəfadır, cəfa degil,Yarım cəfa qılur deyən əhli-vəfa degil.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.