Bu yerin, bu yurdun övladıyam mən,Göylər də gözümdən qaçmayır, ancaq.Pis deyil, xəyalın qanadlarında,Səmalar, fəzalar seyrinə çıxmaq.

Öz yeri, öz adı, öz şöhrəti varGöylərdə ayın da, ulduzların da.Vaxt olub, çəkmişəm və çəkilmişəm,Səmanın tərəzi ulduzlarında...

Seyrinə dalmışam kəhkəşanların,Buludsuz gecələr dağda, aranda.Həmsöhbət olmuşam karvanqıranla,Gecələr çöllərdə mal otaranda.

Qızaran üfüqdə səhərə qalmış,Ayın, dan ulduzu öz sırğasıdır.Elə parlaq idi bir zaman onlar,Deyərdin hər ulduz ay parçasıdır.

Niyə alışmayır, niyə yanmayır,Hanı mən gördüyüm o şəfəq, o nur?Tutqun gözlərində indi onların,Qəriblik, ayrılıq, hicran oxunur.

Nə olub, a dostlar, belə sönükdürYadlarmı qarğıyıb, yoxsa yarımmı?Mənimmi gözümün sönür işığı,Yoxsa mənə baxanı ulduzlarınmı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке