El gücü – sel gücü
Baxıram sahildən daşlı döşlərəYayılıb əlləri belli adamlar.El gücü – sel gücü demiş, atalar,Bu müdrik məsəldə böyük məna var...
Ötən bir anı da xeyli zamandırDolanan hər ayın, keçən hər ilin.Kiçik bir damlası olmaq da xoşdurBu güclü axının, bu güclü selin.
Körpə yasəmənin eşdim dibini,Vurdum alağını, otunu biçdim.Əkdiyim küknarı suladım bu gün,Elə bil yanırdım, özüm su içdim.
Pöhrələr, şitillər indi körpədir,Fidanlar on qarış deyil hələlik.Sabah boy atacaq, görəcəksinizXəzər sahilində yaşıl meşəlik...
Yayları buraya qızlar, oğlanlarHər yandan sel kimi töküləcəkdir.Qumluqda qaralıb gümrah cavanlar,Sərin kölgəlikdə dincələcəkdir.
Sevib oxşayacaq gənclik eşqini,Sahili bürüyən güllər-çiçəklər.Qumsalı gülüstan edən kəsləri,Nəsillər hörmətlə yad edəcəklər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-el-gucu-sel-gucu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Ta mənim könlümdə, cana, həsrəti-cananədir,Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.
DağlarYenə sizi gördüm, könül tərlanıVətən dağlarına uçdu, a dağlar.
YoxduQəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,