Qarayazı
Yaz olanda yaşıllaşır,gülür yamacın-yalın.Cüyür, ceyran qaça bilmirkoma qalın, kol qalın...Bəyin, xanın xatirinə,yaralandı maralın.Sənin keçmiş tarixindəyazıldı qara yazı;Qarayazı, Qarayazı,sevimli Qarayazı!..
Sinən boyu axıb gedənXrammı, yoxsa Kürmü?Qar əridi... Boz kötüklərdalğalarda üzürmü?Göylərində durna səfiqaqqıldaşıb süzürmü?Qulağımdan heç getməyir,o quşların avazı.Mən onları dinləyirəmsevimli Qarayazı!
Heç ürəkdən gülməz idimçiçəklər ölkəsində –Gəncliyimin bahar çağı,boranlı keçdi səndə.Saç dağından qanadlanıbdəli yellər əsəndə,Qamışlarla bir çalındı,könlümün sınıq sazı...İndi sazı təzələdim,sevimli Qarayazı!
Yaşıl zoğal tez boy atdı –biri oldu bir qulac,Salxımlandı ala söyüd,çiçəkləndi qarağac.Şair sənə qonaq gəlsə,sarmaşıqdan bir yol aç.Əsirgəmə boz turacı,göy ördəyi, ağ qazı,Hörmətini unutmaram,sevimli Qarayazı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-qarayazi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sakit bir gecədir, səssiz-səmirsiz.Silinmiş aynası göyün tərtəmiz.
Gözünüz aydınGərgin qaşlarını çatanda zaman,Bir xəbər yayıldı şəhərə, kəndə...
DeyirlərDeyirlər: hökmü var dövrün, zamanın,Anın da hökmü var xeyirdə-şərdə.
Ən geniş aləm– Altmış il nədir, sən yüz demişdin –Bir dostum söz atıb, toxundu yenə...
Стихи других поэтов
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
OlduAman fələk mürüvvət, fələk dad fələk,Bidad zülmün nümayan oldu,
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,