بود روزی مسیح و یارانشدانش اندوز و راز دارانش

Durmuş bir gün İsa yoldaşlariləÖz tələbələri, sirdaşlarilə.

سخن عشق را بیان میکردفاش میگفت و پس نهان میکرد

Məhəbbət sözünü edirdi bəyan,Açıq deyib sonra edirdi pünhan.

در میان سخن چو یارانشخسته دیدند و اشک بارانش

Sözün arasında yarı-yoldaşı.Gördülər gözündan tökülür yaşı.

خواستندش نشان عشق و دلیلگفت: فرداست روز نار و خلیل

Nişan istədilər eşqə, bir dəlil,Dedi: “Sabah oda yanacaq Xəlil”.

روز دیگر چو رخ بکار نهادپای بر دستگاه دار نهاد

Sabah göstərəndə Günəş üzünü,O, dardan asmağa getdi özünü.

گفت: اگر در میانه کس باشدعشق را این دلیل بس باشد

Dedi: “Bu arada varsa bir insan,Eşqə sübut, dəlil, bax, budur haman”.

هر که او روی در خدای کندصلب خود را صلیب‌سای کند

Hər kəs Yaradana tutsa üzünü,O, dar ağacından asar özünü.

تا تنش پای بند دار نشدجان او بر فلک سوار نشد

Hər kəs bədənini çəkməsə dara,Canı gedə bilməz asimanlara.

چار میخ از برای تن بودستشمع جان را فلک لگن بودست

Çarmıx bədən üçün yaranmış, əslən,Ancaq can şamına göylərdir məskən.

نیست دعوی دوست بی‌برهانجان خود را زتن چنین برهان

Dəlilsiz deyildir dost sözü, aşkar,Sən canı bədəndən bax elə qurtar.

گفته‌ای: بی‌پدر چه کس باشد؟پدر آسمان نه بس باشد؟

Demisən atasız doğulmaz bir kəs,Göylərin atası məgər deyil bəs?!

آنکه او مرده زنده داند کرددشمنش مرده چون تواند کرد؟

Bir kəs dirildirsə ölünü əgər,Necə öldürərlər onu düşmənlər?!

زنده کن را چگونه شاید کشت؟چو بگوید: بکش، بباید کشت

Ölü dirildəni olmaz öldürmək,O, öldür söyləsə, öldürmək gərək.

چون به معنی قوی شود دل تواز زمین بر فلک برد گل تو

Ürəyin mənada güclüsə əgər,Sənin palçığını göylərə çəkər.

گرندانی که چیست این پایه؟بنگر حال شبنم و خایه

Əgər sən bilməsən, bu məqam nədir,Onda o kölgəyə, o şehə bax bir.

چون شود مغز جان‌فزون از پوستپوست را راست میبرد سوی دوست

Elə ki, bədəndən artıq olar can,O, bədəni dosta aparar haman.

هرچه این جات بیگمان باشدچون به آنجا رسی همان باشد

Burada bigüman sənin nəyin var,Ora çatanda da olacaq onlar.

هوسست و هوی، که فانی جستعقل و جان جوهر معانی جست

Havadır, həvəsdir heçi axtaran,Məna gövhərini gəzər ağıl, can.

علم جزوی، اگر ز دل خوانیهمه کلی شوند و روحانی

Az bir elm oxusa ürəkdən adam,O elm külli olar, ruhani tamam.

از چنین علم دل شود همه بینوز دگر علم شور و دمدمه بین

Ürək bu elm ilə hər şeyi görər,Başqa elmlərdən qovğalar törər.

علم اگر بهر روشنی باشدروشنی بخشد و هنی باشد

Elm işıq verməkçün olsa Günəş tək,O, işıq bağışlar, olar mübarək.

تیرگی علم پیچ برپیچستکش بکاوند و هیچ در هیچست

Elmi pis məqsədlə öyrənsə bir kəs,Nə qədər öyrənsə, bir fayda verməz.

بی‌میانجی سخن خرد گویدهرچه گفت از خدای خود گوید

Ağıl vasitəsiz sözlər söyləyər.O, hər nə desə də, Allahdan deyər.

زر و سیمی که دزد داند بردپاستوری که زود میرد و مرد

Qızılı, gümüşü oğru aparar,Ölüb əldən çıxar mal-heyvan, davar.

همره نفس بر فلک نرودزانکه آنجا گمان و شک نرود

Nəfs ilə getməzlər onlar fələyə,Şəkk ilə şübhəyçün yol yoxdur göyə.

بگذرد زین سراچه فانیکه به دام غرور درمانی

Bu fani dünyadan uzaq qaç, uzaq!Sən qürrə toruna düşərsən nahaq.

چند گویم ترا به سرو به جهر؟که طلب کن ز علم و دانش بهر

Təkidlə söyləyim sənə nə qədər,Elmü-mərifətdən bəhrə al, yetər!

نازنینی و ناز پروردهشیر پستان حور عین خورده

Nazla böyümüşsən, çox nazəninsən,Hurilər döşündən həm süd əmmisən.

خویشتن را به جهل خوار مکندست با دیو در کنار مکن

Özünü xar etmə cəhalət ilə,Şeytanla qol-boyun olma sən belə.

پرکن از عقل چشم و گوشی چنددوستی گیر با سروشی چند

Ağlın göz-qulağı açılsın gərək.Qoy sənə dost olsun bir neçə mələk.

تا چو روز اجل فراز آیدباشد آنچت بکار باز آید

Bəlkə əcəl günü gəlib çatanda,Onlar köməyinə gəldilər onda.

غرقه‌خواهی شدن مکن زشتیکه در افتادت آب در کشتی

Qərq olmaq çağındır, pis işdən əl çək,Gəminə su dolmuş, bir tərpən görək.

تا ز معنی فرشته وش نشویاز حضور فرشته خوش نشوی

Mənaca olmasan mələklər sayaq,Mələk hüzurunda olmaz şad olmaq.

هر که زینجا نبرد بینایینرود بر سپهر مینایی

Burdan görən gözlə getməsə hər kəs,O mavi göylərə yol tapa bilməz.

چو ز دیوان تهی شود سرتوملک آمد شدن کند بر تو

Başından şeytanı qovsan sən əgər,Mələklər yanına get-gəl eyləyər.

روشنان فلک بکار تواندهمه در بند انتظار تواند

Səninçün işləyir göydə ulduzlar,Onlar səndən ötrü çəkir intizar.

تو فرو داده تن به تاریکیگشته چون موی سر ز باریکی

Bədəni zülmətə tapşırmısan sən,Başdakı tük kimi lap incəlmisən.

نفس خود را بکش، نبرد اینستمنتهای کمال مرد اینست

Öldür öz nəfsini, rəşadət budur!İnsan kamalına nəhayət budur!

کی شود چون مفارقات بلند؟کرده نفس مفارق اندر بند

Nəfsə əsir olsa dünyada hər kəs,O uca göylərə yüksələ bilməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости