ای خرد را تو کار سازندهجان و تن را تو دل نوازنده

Ey ağla, kamala yaraşıq verən!Ey cism ilə cana lütf göstərən.

در صفات تو محو شد صفتمگم شد اندر ره تو معرفتم

Sənin sifətində itdi sifətim,Yolunda məhv oldu həm mərifətim.

روشنایی ببخش از آن نورماز در خویشتن مکن دورم

Mənə də nurundan bir az işıq saç,Nə olar mənə də bircə qapı aç.

رشحهٔ نور در دماغم ریززیت این شیشه در چراغم ریز

Nurundan beynimə damızdır bir az,Yağ tök çırağıma, faydasız olmaz.

تا ببینم چو در نظر باشیراه یابم چو راه بر باشی

Azmaram yolumu sən salsan nəzər,Çataram mənzilə, sən olsan rəhbər.

بنمایی،چرا ندانم دید؟ننمایی، کجا توانم دید؟

Görərəm, əlbəttə, göstərsən əgər,Əgər göstərməsən, göz necə görər?!

گر چه شد مدتی که در راهمهمچنان در هبوط این چاهم

Çoxdandır aramsız mən bu yoldayam,Sanki bir quyunun uçrumundayam.

از پس پرده میکنم بازیتا مگر پرده را براندازی

Pərdə dalındayam nə müddətdi var,Nə olar pərdəni bir eylə kənar.

بر درت بی‌ادب زدم انگشتحلقه‌ای ساختم ز چنبر پشت

Ədəb gözləməyib qapını döydüm,Bükülüb axırda halqaya döndüm

تا ز در حلقه را در آویزممیزنم آه و اشک میریزم

Asmaqçün halqanı sənin qapındanGöz yaşı tökürəm, edirəm fəğan.

بتو میپویم، ای پناهم تومگر آری دگر به راهم تو

Mən səni gəzirəm, bil ey dayağım,Bəlkə də bir yola gələ ayağım.

سرم از راه شد، به راه آرشدست من گیر و در پناه آرش

Mən yol itirmişəm, de hardadır yol?Yapış əllərimdən mənə arxa ol.

زین خیالات بر کنارم کشپردهٔ عفو پیش کارم کش

Qurtar xəyalların əlindən məni,Əfv et, işlərimə çək öz pərdəni.

با منی درد سر چه میخواهم؟چو تو دارم دگر چه میخواهم؟

Sən olsan mənimlə açılar yazım,Sən olsan mənimki, qeyri nə lazım?!

کرمت چون ز من بریده نشدچه ببینم دگر؟ که دیده نشد

Sən salsan üstümə kərəm kölgəni,Mən əldə edərəm könlüm deyəni.

بی‌خود ار زانکه باختم ندبیتو به چوب خودم بکن ادبی

Səndən qeyrisinə yalvarsam əgər,Gəl döy ağacınla, dərs alım məgər.

با چنین داغ بندگی، که مراستبه سر خود چه گردم از چپ و راست؟

Belə gözəllikdə damğam var ikən,Gör nələr gətirdim öz başıma mən?!

از تو گشت استخوان من پر مغزاگر چه کاری نیامد از من نغز

Doldurdun iliklə sumüyümü sən,Ancaq bir fərli iş gəlmədi məndən.

باد نخوت برون کن از خاکممتصل کن به عنصر پاکم

Çıxar torpağımdan qürrə yelini,Öz pak ünsürünə qovuşdur məni.

روشنم کن چو روز شبخیزانبه شبم زین وجود بگریزان

Parlaq gündüzlər tək işıqlat məni,Rədd et vücudumdan zülmət gecəni.

چون بر اندیشم از تو اندر حالمرغ اندیشه را بریزد بال

Hər vaxt düşündükcə o böyük adıFikir qartalımın sınır qanadı.

تو بجویی مرا؟ خیالست اینباز پرسی ز من؟ محالست این

Məni axtarmağın ancaq xəyaldır,Halımı sormağın əmri-mahaldır.

تا حدوث مرا قدم چه کند؟وان وجود اندرین عدم چه کند؟

Neylər yaranmışı əbədi mövcud?!Ədəmi-heçliyi neylər o vücud?!

دیر شد کز دکان گریخته‌امو آب رویی، که بود، ریخته‌ام

Çoxdandır qaçmışam dükandan çölə,Üzümün suyunu vermişəm yelə.

خجلم من ز بینوایی خویششرمسار از گریز پایی خویش

Mən bu yoxsulluqdan xəcalətdəyəm,Qaçaq düşdüyümdən nədamətdəyəm.

وه! که از کار خود چه تنگدلم!می‌نمیرم ز غم، چه سنگدلم!

Ürəyim sıxılır əməllərimdən,Qəmdən ölməyirəm daşam, nəyəm mən?

سود دیدم، سفر به آن کردمبختم آشفته شد، زیان کردم

Qazanc arzusuyla çıxdım səfərə,Bəxtim gətirmədi düşdüm zərərə.

دلم از کار تن به جان آمدهم ز من بر من این زیان آمد

Bədənim əlindən zara gəldi can,Özumdən dəymişdir mənə bu ziyan.

جگرم خون شد از پریشانیآه! ازین جان سخت پیشانی!

Bağrım qana döndü bu qəmdən, eyvah,Necə də bərk imiş mənim canım, ah!

گشته چندین ورق سیاه از منمن کجا میروم؟ که آه از من!

Əlimlə qaraldı bir necə varaq!Vay mənim halıma, taleyimə bax!

تنگدستی چو من چه کار کند؟تا ازو خود کسی شمار کند

Mən kimi bir yoxsul neyləyə bilərKi, onu hesaba ala bir nəfər?

بی‌چراغ تو من به چاه افتمدست من گیر، تا به راه افتم

Quyuya düşərəm, tutmasan çıraq,Kömək ol, yolundan düşməyim iraq.

جز عطای تو پایمردم نیستغیر ازین اشک و روی زردم نیست

Sənin kərəmindir köməyim, arxam,Varım göz yaşıdır hey səhər-axşam.

از تو عذر گناه می‌خواهمچون تو گفتی: بخواه، میخواهم

Səndən günahımçün üzr istəyirəm.Bunu özün dedin “istə”, – deyirəm.

دست حاجت کشیده، سر در پیشآمدم بر درت من درویش

Ehtiyac əlimi qaldırıb göyə,Gəlmişəm qapına “imdad et” – deyə,

مگرم رحمت تو گیرد دستورنه اسباب ناامیدی هست

Bəlkə mərhəmətin tuta əlimdən,Yoxsa qəm əlində məhv olaram mən.

چکند عذر پیچ بر پیچم؟که ز کردار خویش بر هیچم

Dolaşıq üzrlər neyləyə bilər?!Mənə əməlimdən dəyir bu zərər!

نتوانستم آنچه فرمودیبتوانم، به من چو بنمودی

Hər nə buyurdunsa bacarmadım mən,İndi ki göstərdin, edərəm hökmən.

گر ببخشی تو، جای آن دارمور بسوزی، سزای آن دارم

Əfv etsən, yeridir, kim nə söyləyər?!Layiqəm odlara yaxsan da əgər.

غم ما خور، که از غمت شادیممهل از دستمان، که افتادیم

Bizə qəmxar ol ki, qəminlə şadıq,Əlini çəkmə ki, qeyriyə yadıq.

گر چراغی به راه ما داریبه در آییم ازین شب تاری

Əgər yolumuza tutsan bir çıraq,Bu zülmət gecədən olarıq uzaq.

ما چه داریم کان ندادهٔ تست؟چه نهد کس که نانهادهٔ تست؟

Nəyimiz vardır ki, sən verən deyil?!De, kim nə qurmuş ki, sən quran deyil?!

به عنایت علاج کن رنجمدستگاهی فرست از آن گنجم

Lütf ilə çarə et dərdlərimizə,Gəl öz xəzinəndən bəxşiş ver bizə.

دست و دامن گشاده مییممدوان، چون پیاده مییم

Açaraq əlimi, ətəyimi mən,Qapına gəlirəm, qovma heç nədən.

چون گریزم؟ که پای راهم نیستچون نشینم؟ که دستگاهم نیست

Ayağım getmirsə, mən necə gedim?!Büsatda bir şeyim yoxsa nə edim?!

گر چه دانم که نیک بد کردمچه توان کرد؟ چونکه خود کردم

Bilirəm, yaxşı-pis çox işlərim var,Özüm eyləmişəm, neyləmək olar?!

قلمی بر سر گناهم کشراه گم کرده‌ام، براهم کش

Qələm çək etdiyim günahın üstdən,Mən yolu azmışı yola gətir sən.

گر تو توفیق بندگیم دهیجاودان خط زندگیم دهی

Əgər bu bəndəyə eyləsən kömək,Ona əbədiyyət vermisən, demək.

دل من خوش کن از شمایل خودگردنم پر کن از حمایل خود

Xoş etsin könlümü o hüsn, o camal,Öz gərdənbəndini gəl boynuma sal.

کام من پیش تست، پیشم خوانخاکپای سگان خویشم خوان

Sənin əlindədir işim, çağır bir,Qapında torpağa dönsəm, yeridir.

با وفا عقد کن روانم راهمدم صدق ساز جانم را

Ruhumu vəfaya bənd elə möhkəm,Könlümü sidq ilə həm eylə həmdəm.

دیر شد، ساغر میم دردهکه من امشب نمیروم در ده

Vaxt keçir qədəhi doldur ver görək,Bu gecə getmirəm mən kəndə, gerçək.

میدوم در پی تو سرگشتهتا به پایان برم سر رشته

Arxanca o qədər qaçacağam mən,Kələf düyününü açacağam mən.

من ازین دو رهی به آزارمتو فرستاده‌ای، تو باز آرم

Bu dövran əlindən olmuşam bizar,Məni sən göndərdin, özün də qaytar.

چون نهشتند در سرم مغزینغز دانی تو کمتر از نغزی

Sən yaxşı bilirsən, ey Pərvərdigar,Başımdan beynimi çıxarmışdılar.

عشق و دیوانگی و سرمستیکرد بازم بدین تهی دستی

Məhəbbət, sərxoşluq, divanə olmaq,Məni yoxsul etdi, divan tutaraq.

از برای تو در تو دارم دستچون تو باشی، هر آنچه باید هست

Sənə sənin üçün əl açıram mən.Sən olsan, var, demək, hər nə istəsən.

کردگارا، به حرمت نیکانکه در آرم به سلک نزدیکان

Bir də yaxşıların xatiri üçün,Məni xaslarından hesab et özün.

ریشهٔ آز بر کش از جانمبه نیاز و طمع مرنجانم

Tamahın kökünü canımdan çıxar,Ehtiyac əlində məni etmə xar.

از شراب حضور سیرم کندر نفاذ سخن دلیرم کن

Hüzur şərabından doyunca içirt,Bu söz meydanında məni qalib et.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов