Джам-и Джам, глава 27
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
باشدش کار از اول پایهطلب شیر و جستن دایه
İlk gündən ağlayıb haray çəkəcək,Dayə axtaracaq, süd istəyəcək.
گه به دوشش کشند و گاه به مهدگاه صبرش دهند و گاهی شهد
Gah beşik görəcək, gah da ki qucaq.Gah əzvay görəcək, gah da bal ancaq.
چون ز گهواره در کنار آیددر دگر گونه گیر و دار آید
Elə ki, qurtarar beşik dövrünü,Başqa bir şərait alar üstünü.
باشدش خوف و بیم از آتش و آبآفت خفت و خیز و گریه و خواب
Qorxar oddan, sudan, ağlar hər zaman,Yatıb-durmağını unudar insan.
چون چپ خود ز راست بشناسدوآنچه خواهند خواست بشناسد
Elə ki, sağ-solu o, anlayacaq,Hər nəyi istəsə biləcək uşaq
از سه حالش سخن بدر نبودهر سه بیرنج و درد سر نبود
Uzaq olmayacaq üç vəziyyətdən,Hər üçü gen deyil dərd, əziyyətdən.
یا به مکتب دهند و استادشتا دهد فرض و سنتی یادش
Ya məktəbə qoyar ata və ana,Müəllim elm, ədəb öyrətsin ona.
باز در گریه و خروش افتددر کف چوب و مار و موش افتد
Burda da ağlayar, çırpınar yenə,İlanın, siçanın düşər əlinə.
شود آخر فقیه و دانشمندراه یابد به خانقاهی چند
Nəhayət, bir fəqih, bir alim olar,Neçə xanəgahda o, məskən salar.
دل او را کند نژند و سیاهراتب هفته و وظیفهٔ ماه
Düşünüb həftənin, ayın xərcini,Qaraldar, qəmlərə salar qəlbini.
ای بسا! نان وقف کو به زیانبدهد، تا رسد به حد بیان
Vəqfin çörəyini möhtacdan danar,Verib başqasına o, dost qazanar.
بعد از آن یا شود مدرس عامیا مُعید و خطیب شهر و امام
Sonra da hamıya dərs deyər tamam,Ya şəhərə xətib, ya olar imam.
یا برون اوفتد به دقاقییا به تزویر و شید و زراقی
Ya da rədd olaraq gedib un satar,Hiyləyə, kələyə, məkrə əl atar.
کم رسد زین میان یکی به وصولزانکه غرقند در فروع و اصول
Az çatar məqsədə bunlardan biri,Çünki xırdaçılıq olub işləri.
وگرش در سر این هوس نبودبه معانیش دسترس نبود
Hər kəsin başında olmasa həvəs,Məna gövhərinə o, çata bilməz.
به دکانش برند و بنشانندآتشی بر دماغش افشانند
Ya da bir dükanda gedib oturar,Könlünə, beyninə bu hal od vurar.
ز غم و داغ حرفت و پیشهگز و مقراض و ارّه و تیشه
Bir sənət, bir peşə öyrənmək üçünArşından, külüngdən dad edər hər gün.
خوردنی بد، نشستنی غمناکنان بیوقت و آب پر خاشاک
Yeməyi pis olar, üzü qəm-kədər,Çörək və suyunu gec yeyib-içər.
چو در آید به پایهٔ مردیگرم گردد، رها کند سردی
Kişilik həddinə gəlib çatandaQızar, soyuqluğu tərk edər onda.
افتدش زین سر سبک سایهباد در بوق و آب در خایه
Beyni yelli olar, başı boş olar,O, həddi-büluğa çatar, aşikar.
به کف حرص و آز درماندبازش آرند و باز درماند
Açgözlük əlində olacaq dustaq,Nə qədər versən də o doymayacaq.
نشنود پند اوستاد و پدرنه به دانش گراید و نه هنر
Atadan-anadan öyüd eşitməz,Biliyə, sənətə göstərməz həvəs.
تا زرش هست میدهد بر بادچون نماند شود به دزدی شاد
Məhv edər qızılı varsa nə qədər,Sonra da əl atıb oğurluq edər.
فاش و پنهان ز هوشیار و ز مستببرد هرچهش اوفتد در دست
Sərxoş, ayıq olsun, gizli aşikar,Əlinə keçəni qapıb aparar.
به لتش چند پی فگار کننددست آخر سرش به دار کنند
Çoxunun gününü eyləyər qara,Axırda özü də çəkilər dara.
صد ازین بیهنر تلف گرددتا یکی در هنر خلف گردد
Məhv olar dünyada yüz belələri,Nəhayət, yetişər bir hünərvəri.
و گرش بخت یارمند بودنام بُردار و ارجمند بود
Bəxt ona köməkçi olarsa əgər,Ad-san qazanaraq hörmətə yetər.
یا شود خواجهٔ گرامی بهریا سرافرازی از اکابر شهر
Ya hörmət sahibi bir xacə olar,Ya şöhrət qazanar, başı ucalar.
یا امیری شود فروزندهیا دبیری دیار سوزنده
Ya bir əmir olar, şöhrət qazanar,Ya katib, əlindən ölkə odlanar.
رنج بسیار برده از هر بابکرده بر خود حرام راحت و خواب
Edib rahatlığı özünə haram,Əzaba qatlaşar hər səhər-axşam,
سالها حاضر و کمر بستهدل در اندوه و درد سر بسته
O, hazır dayanar illər uzunu,Alar öz qoynuna qəm-kədər onu.
چون ز سودای قربت و پیشیبا سعادت دلش کند خویشی
Yaxınlıq etməkçün hər şeyi elər,Könlü səadətlə qohumluq dilər,
جور و خواری کشد ز شاه و امیرناگهان بر نشانش آید تیر
O, şahdan, əmirdən yeyər qəm, xiffət,Oxu bir hədəfə dəyər, nəhayət.
از عمل برکند چراغی چندخانه و آسیاب و باغی چند
Əməli yandırar bir neçə çıraq,Dəyirman tikdirər, bir neçə ev, bağ.
مرکبی چند در طویله کشددست بر صورتی جمیله کشد
Bir neçə at alıb tövləyə salar,Bir gözəl üzlüdən o murad alar.
غم آنها بگیردش دامنآز و حرص و نیاز پیرامن
Tutar ətəyindən onların qəmi,Tamahla acgözlük olar həmdəmi.
محنت جامه و غم جو و کاهخرجِ ده، سازِ خانه، آلتِ راه
Arpa-saman qəmi, paltar möhnəti,Kənd xərci, ev xərci, yol əziyyəti.
زرِ خربنده و بهای ستورنان دربان و اجرت مزدور
Çarvadar kirəsi, mal-qoyun haqqı,Qapıçı çörəyi, muzdurun haqqı...
گر غلامش گریخت آه و دریغور سقط شد ستور، بارد میغ
Ah-uf eləməsi qaçarsa nökər,Fəryad eyləməsi mal ölsə əgər.
حسد دشمنانش اندر پیحاجت دوستان به جانب وی
Düşmənlər hey ona edər paxıllıq,Dostlar da malıyçün edər yaxınlıq.
بار صد کس به تن فرو گیردآتش دوزخ اندرو گیرد
Yüz insan yükünü dalına alar,Cəhənnəm odunu canına calar.
دل مظلوم در دعای بدشجان محکوم منکر خردش
Ona qarğış edər qəlbdən məzlumlar,Ağlını danarlar candan məhkumlar.
در دل او ز هر طرف قلاببسته بر وی ز بیم دلها خواب
Hər yandan könlünə uzanar qarmaq,Qaçar gözlərindən yuxu da uzaq.
سالها کار این و آن سازدکه زمانی به خود نپردازد
İllərlə çalışar onun-bununçün,Ta ki, məşğul olsun özüylə bir gün.
نتواند دمی نشستن شادنکند مرگ و آخرت را یاد
Şadlıqla otura bilməz bircə an,Ölüm, axirət də çıxar yadından.
دست منصب گرفته گوش او راحب دنیا ربوده هوش او را
Mənsəb öz halından çıxarar onu,Dünya məhəbbəti alar huşunu.
روز و شب هم چو باز دوخته چشمشده با بینش و حضور به خشم
Gecəli-gündüzlü qıyılar gözü,Gözü gördüyünə bozarar üzü.
غافل و خط آگهان در مشتکه بخواهند ناگهانش کشت
Qafildir, bilmir ki, agah olanlar,Birdən öldürərlər, istəsə onlar.
عالمی گم شود درین سر و کارتا ازیشان یکی رسد به کنار
Bu yolda məhv olar bütöv bir cahan,Ta çıxar sahilə biri onlardan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-27
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Ay tutulandaYerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,