Джам-и Джам, глава 26
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
امتزاج این دو روح را با همچونکه در اعتدال شد محکم
Bu iki ruhun da əlaqəsi həmArtıb-çoxaldıqca, olduqca möhkəm,
نفس دانا بدان تعلق ساختسایهٔ نور چون بدان انداخت
Bilici nəfs ona bağlandı qəlbən,Üstə kölgə saldı nur şöləsindən.
نوع انسان از آن میان برخاستشد به قامت ز استقامت راست
Bundan da dünyada yarandı insan,Qaməti düz oldu başdan-binadan.
تن او شد به عقل و جان قایمتن تباهی ندید و جان دایم
Bədəni bağlandı ruha, ağıla,Qoymadı ruh sönə, bədən dağıla.
صاحب علم و صنعت و سخنستزانکه او را سه روح و یک بدنست
O, elmə, sənətə bir sahibkardır,Çünki bir bədəni, üç ruhu vardır.
و آنچه اصل وجود انسانستزبدهٔ این نبات و حیوانست
İnsan vücudunun əsli, bigüman,Bitki və heyvandan seçilmiş haman.
آدمی زین دو چون خورش سازدمایهٔ نشو و پرورش سازد
Yeməklər düzəldər ondan insanlar,Onları yeyərək böyüyər onlar.
آن غذا در بدن چو یابد نظمخون شود در تن از حرارت هضم
O qida bədəndə gedər hər yana,İstidən həzm olub çevrilər qana.
چون برآید برین سخن چندییابد آن خون ز روح پیوندی
Sonra bu işlərdən keçər bir qədər,Həmin qan bədəndə ruhla birləşər.
شودش رنگ از اعتدال مزاجبه سپیدی چو زیبق و چو زجاج
Məzac adi halda olan zamandaCivə tək ağ rəngə düşər o qanda.
در چنین حال زرع خوانندشاصل این چند فرع دانندش
Buna toxum deyər insanlar, düzü,Bir çox qidalardan yaranır özü.
در زوایای پشت رست شودنسبتش با بدن درست شود
O, bel sümüyündə çoxalıb artar,Onun da bədənlə bir nisbəti var.
اینچنین خوب گوهری ناسفتچون کند خفت خلوتی با جفت
Belə deşilməmiş bir inci hamanXəlvətdə tayına tuş olan zaman
در نهد روی از آن حدایق غلببه دهان رحم ز مجری صلب
Birlikdə tayilə göstərər hünər,Ta gedər rəhimin ağzına qədər.
باز با آب زن در آمیزدزود اندر مشیمه شان ریزد
Qadının suyilə qarışar bu an,Yol alar birbaşa rəhimə ordan.
هفت کوکب به کار او کوشندخلعت تربیت برو پوشند
Yeddi ulduz bu vaxt işə başlayar,Geydirər əyninə ədəbdən paltar.
به رحم شهر بند سازندشتا چو خون نژند سازندش
Alarlar dövrəyə onu orada,Çevrilib qan olar, nəhayət, o da.
چرخ پیوندش استوار کندتا در آن جایگه قرار کند
Çərx onun bağını möhkəm bağlayar,O da öz yerində bərk tutar qərar.
ماه اول زحل کند کارشاندران وقت کو بود یارش
Birinci ay ona Zühəl olar yar,Ədəblə-ərkanla xidmətdə durar.
گردد این خون در آن مشیمهٔ تنگمتغیر به شکل و صورت و رنگ
Haman o darısqal uşaqlıqda qanŞəklini, rəngini dəyişər haman.
در هنر زمرهای که گام نهندبر چنین آب نطفه نام نهند
Hünər meydanında addım atanlar!Bu suya ağılla “nütfə” ad qoyar.
این زمان گر زحل قوی باشدطفل پردان و معنوی باشد
Bu zaman qüvvətli olsa Zühəl, bax,Ağıllı, bilikli olacaq uşaq.
بر یکایک ستارگان زین هفتهر یکی زین قیاس حکمی رفت
Yeddi səyyarənin hər biri beləXidmətdə dayanar bir məqsəd ilə.
مشتری باشدش به ماه دوممدد و یاور و پناه دوم
İkinci ay olcaq gələr Müştəri,Olar köməkçisi, dostu, yavəri.
سرخ جامه شود بسان جگرباز گردد به رنگهای دگر
Qırmızı don geyər o da ciyərtək,Yeni bir rəng alar o, dəyişərək.
افتدش در مسام بادی گرمزان پدید آید اختلاجی نرم
Gələr uşaqlığa hava, hərarət,Yüngül bir tərpəniş, xoş bir hərəkət
حکمایی، که رسم وحد داننداندرین حالتش ولد خوانند
Həkimlər, bilənlər qayda-qanunu“Vələd” çağırarlar bu zaman onu.
گر سوم ماهش آفتی نرسدیا گزند و مخافتی نرسد
Dəyməsə üçüncü ayda bir ziyan,O, uzaq olarsa hər cür bəladan,
یارمندی رسد ز بهرامشمتصرف شود در اندامش
Olar köməkçisi zəhimli Bəhram,Alar ixtiyarı əlinə tamam.
عضوهای رئیسه را در تنبا دگر عضوها کند روشن
Əsas üzvləri bədənin bu anBaşqa üzvlərlə bağlayar peyman.
ولدی را که حالت این باشدنزد دانا لقب جنین باشد
Vələd bu halətə çatarsa əgər,Bu vaxtdan adına “cənin” deyərlər.
ماه چارم به قوت خود مهرشودش نقش بند پیکر و چهر
Günəşin gücüylə dördüncü ayda,Üz, bədən cizgisi görünər onda.
تن او نغز و پرتوان گرددروحش اندر بدان روان گردد
Gücü, gözəlliyi olar aşikar,Həm də bədənində ruh tutar qərar.
در شکم خویش را بجنباندمرد داننده کودکش خواند
Bu zaman qarında tərpənər ancaq,Ona bilicilər deyərlər uşaq.
ماه پنجم بهزهره پردازداز سرش موی رستن آغازد
Zöhrə keşik çəkər beşinci ayda,Başında tük bitər, gedər bu qayda.
منفصل گرددش رسوم از همصورت چشم و گوش و بینی و فم
Üzdə cizgiləri bu vaxt ayrılar,Ağız, burun, qulaq yerində olar.
چون به ماه ششم رساند کارشود از انجمش عطارد یار
Altıncı ayında açıb qoynunu,Ütarid himayə eyləyər onu.
در دهانش زبان گشاده شودداد ترکیب هاش داده شود
Düzələr ağzında dili bu zaman,Yetişər kamala hər üzvü, inan.
هفتم او را قمر نگاه کندرویش از روشنی چو ماه کند
Yeddinci ayında baxar Ay özü,Ay kimi parlayar yanağı, üzü.
اندرین ماه بیخلاف و گزندگر بزاید بماند این فرزند
Bu ayın başında gəlsə cahana,Yaşayar, bir ziyan toxunmaz ona.
هشتمین ماه باز ازین ایواننوبت آید به کوکب کیوان
Səkkizinci ayda yenə əlbəəl,Durar qulluğunda təkrarən Zühəl.
گر ز مادر بزاید این هنگامهم شود کار زندگیش تمام
Bu vaxt doğularsa anadan əgər,Yaşamaz, həyatı tez sona yetər.
در نهم مشتریش باشد پشتاندران راه سهمناک درشت
Doqquzuncu ayda gələr Müştəri,Olar bu qorxulu yolda yavəri.
سعدش این بند را کلید شودقوتی در ولد پدید شود
Xoş tale bu bəndin açarı olar,Uşaqda güc, qüvvət olar aşikar.
تا بتدریج سرنگون کندشوز شکنجی چنان برون کندش
Başını aşağı döndərər az-azBelə bir əzabdan o, olar xilas.
مدتی بوده اندران تنگیاو سبک، لیک ازو شکم سنگی
Bir müddət darlıqla oldusa yoldaş,Özü yüngül oldu, ana qarnı daş.
طفل در تنگ و مادر آهستههر دو از بار یکدگر خسته
Uşaq darlıq çəkdi, ana yedi qan,Yordu bir-birini onlar lap yaman.
دست بر روی، ارنج بر زانورنجه از خفت و خیز کدبانو
Üzü dizlərində, əl üzdə uşaq,Qadını incitdi oturub-durmaq,
قوت آن خون و هیچ قوت نهخبر از بنیت و نبوت نه
Yeməyi-içməyi ancaq olar qan,Xəbərsiz yaşayar tamam dünyadan.
چون برون آید از چنان بندیدر دگر محنت اوفتد چندی
Xilas olanda da bu bənddən, əlbət,Ona üz verəcək bir başqa möhnət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-26
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qələm yoldaşım Yusif Səmədoğluna*Hərdən töküb önümə
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,