Джам-и Джам, глава 44
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
خلق را چون نظر به صورت بودوطن و منزلی ضرورت بود
Başdan gözəlliyə aşiqdir insan,Vətən, mənzil sevir, odur hər zaman.
چون شود منزل و وطن معموربیزن و خادمی نگیرد نور
Mənzilin, vətənin olanda, gerçək,Qayğıkeş qadınsız olmaz keçinmək.
تا اگر بگذرد ازین چندیهم بماند ز هر دو فرزندی
Elə ki, bir müddət keçər bu vaxtdan,Onlardan bir övlad doğular haman.
که نگهدارد آن در خانهنگذارد به دست بیگانه
O, yurda, yuvaya gözətçi olar,Böyüyüb hər şeyi əlinə alar.
زانکه از مال غم ندارد مردچون بداند که دوست خواهد خورد
Kişi bilsə, malı dostu yeyəcək,Dünyada qəm çəkmək nəyinə gərək.
عادت زیستن چنین بودستشربت مرگ و مردن این بودست
Həyatın qaydası belədir hər anÖlüm şərbəti də, budur bigüman.
پس چو ناچار شد که خواهی زنگرد رانی به جوی بیگردن
Evlənmək istəsən naçar qalaraq,Bakir bir nigarla həyat qur ancaq.
زن دوشیزه خواه و نیک نژادتا ترا بیند و شود بتو شاد
Əsilli-nəsəbli elə bir qız al,Ancaq səni görüb sevsin o maral.
کانکه با شوهری دگر بوده استپیش او عشوهٔ تو بیهوده است
Yaşamış olarsa qeyr ilə fəqət,Çətindir bağlasın sənə məhəbbət.
و گرش صورت و درم باشدخود فتوحیست این و کم باشد
Pulu və hüsnü də olarsa əgər,Belə bir xoşbəxtlik az ələ düşər.
اصل در زن سداد و مستوریستو گرش ایندو نیست دستوریست
Qadında əsas şey həya, ismətdir,Bunlar qadın üçün böyük sərvətdir.
چونکه پیوند شد، به نازش داربر سرخانه سر فرازش دار
Elə ki, evləndin, oxşa, əzizlə,Evdə də başını sən uca elə.
تو در آیی ز در، سلامش کناو درآید، تو احترامش کن
Qapıdan girəndə ver ona salam,O, qapıdan girsə göstər ehtiram,
هر زمانش به دلنوازی کوشوقت خلوت به لطف و بازی کوش
Çalış, ürəyini alasan ələ,Xəlvətdə yaxınlaş, zarafat elə.
صاحب رخت و چیز دار او راپیش مردم عزیز دار او را
Çalış, yaxşı olsun paltarı, donu,Camaat yanında əziz tut onu.
از سخنهای خوب و گفتن خوشبه نماز و به طاعتش در کش
Yaxşı söhbət ilə, şirin dil iləNamaza, oruca onu sövq elə.
میکن ار بینی از خرد نورشبه نصیحت ز بام و در دورش
Gördün, ağıllıdır, öyüdlə hamanYığ əl-ayağını qapı-bacadan.
راه بیگانه در سرای مدهپیرزن را به خانه جای مده
Buraxma evinə əsla yadları,Gəlməsin oraya bədəməl qarı.
بیضرورت روا مدار به فالراه لولی و مطرب و دلادل
Qoyma nahaq yerə o açdırsın fal,Yol tapsın evinə mütrüb, ya dəllal.
دل خویشان او مدار دژمهر یکی را به قدر میخور غم
Qohum-qardaşının qırma xətrini,Qayğıyla qarşıla sən hər birini.
تا ز لطف تو شرمسار شودبه مراد تو سازگار شود
Onda bu hörmətdən o da utanar,Sən istəyən kimi eyləyər rəftar.
با زن خویشتن دو کیسه مباشوان چه دارد به سوی خود متراش
Olma qadınınla iki kisəli,Varını çəkməkdən, çalış, çək əli.
زن چو داری، مرو پی زن غیرچون روی در زنت نماند خیر
Yarın varsa, qeyri sənə nə gərək,Sən getsən, arvad da dəyişər, gerçək.
هر چه کاری همان درود تواندر زیان گارگی چه سود توان؟
Nə əksən, onu da biçərsən, inan,Bir fayda gələrmi ziyankarlıqdan?!
زن کنی، داد زن بباید داددل در افتاد، تن بباید داد
Qadının haqqını ödə evlənsən,Könlünü verdinsə, bədən də ver sən.
آنکه شش ماه در سفر باشددو دیگر به راه در باشد
İldə altıca ay səfərdə olsan,İkicə ayı da yollarda qalsan,
چار در شهر روز می خوردنشب خرابی و جنگ و قی کردن
Dörd ay da şəhərdə mey içsən ancaq,Gecə işin olsa qusmaq, savaşmaq,
دل به بازارها گرو کردهکهنه را هشته، قصد نو کرده
Bazarda girova qoysan qəlbini,Köhnəni buraxıb gəzsən yenini,
برده خاتون به انتظارش روزاو بخفته ز خستگی چون یوز
Qadın gözləsə də gündüz yolunu,Gecə it tək yuxu aparsa onu,
این گنه را که عذر داند خواست؟وین تحکم به مذهب که رواست؟
Belə bir günaha kim cavab verər?!Bunu hansı məzhəb, de, rəva görər?!
کد خدایی چنین به سر نرودزن ازین خانه چون بدر نرود؟
Belə kəndxudalıq necə baş tutar?!Qadın belə evdən qaçar, aşikar.
بشر در روم و تاجر اندر هندچون نیاید به خانه فاجر و رند؟
Muştuluqçu Rumda, tacir hinddədir.Pozğun evə gəlsə, lap yerindədir.
در سفر خواجه بیغلامی نیستبی می و نقل و کاس و جامی نیست
Xacə səfər vaxtı kef çəkir özü,Şərabsız, noğulsuz gülməyir üzü.
پیش خاتون جز آب و نان نبودو آنچه اصلست در میان نبود
Qadının yanında ancaq çörək, su,...Əsil lazım olan yoxdur, doğrusu.
این نه عدلست و این نه داد، ای مردخانه خود مده به باد، ای مرد
Ay kişi, ədalət, insafdır bu da?!Evini əlinlə gəl vermə bada.
به ازین کرد باید اندیشهتا نیاید شغال در بیشه
Düşün, yaxşı-yaxşı, bir eylə xəyal,Ta gəlib meşəyə girməsin çaqqal.
تو که مردی، نمیکنی صبریچه کنی بر زنان چنین جبری؟
Sən özün kişisən, dözə bilmirsən,Qadına bu qədər zülm eyləmə sən.
خواجه چون بیغلام دم نزندزن پاکیزه نیز کم نزند
Xacə öz kefindən qalmırsa əgər,Gözəl qadın buna bəs necə dözər?!
بندهٔ خوب در حرم نبرندآتش و پنبه پیش هم نبرند
Hərəmə aparma gözəl qulamı,Pambıqdan kənar et bu yanar şamı.
کار ایشان اگر ز فتنه بریستقصهٔ یوسف و زلیخا چیست؟
Onlar bu fitnədən olsaydı kənar,“Yusif və Züleyxa” hardan yaranar?!
پیش روباه مینهی دنبهمیخروشی که: «تله میجنبه»
Sən tülkü yanına quyruq qoymusan,Tələ tərpəşəndə etmə ah-aman.
هر که غیرت نداشت دینش نیستآن ندارد کسی که اینش نیست
Qeyrət olmayanda məzhəb də olmaz,Bunlar ayrılmazdır, düşünsən bir az.
زن کنی، خانه باید و پس کاربعد از آن بنده و ضیاع و عقار
Mənzil, iş gərəkdir arvad alana,Xidmətçi, mal, mülk də lazımdır ona.
ملک را آب و بندگان را نانخانه را خرج و خرج را مهمان
Mülkə su lazımdır, köləyə çörək.Evə xərc, xərcə də qonaqlar gərək.
طفل کوچک چو بهر نان بگریستچه شناسد که نحو و منطق چیست؟
Çörəkçün ağlasa körpəcə uşaq,O, nəhvi, məntiqi nə anlayacaq?!
میل کودک به گردگان و مویزبیش بینم که بر خدای عزیز
Qoz ilə məvizə uşaqlar, əlbət,Allahdan daha çox göstərir rəğbət.
چون اسیر و عیالمند شویبه سر و پای در کمند شوی
Elə ki, kül-külfət artıb çoxalar,Onlar əl-ayağa bir cidar olar.
طمع از لذت حضور ببرسوی ظلمت شو و ز نور ببر
Gözəl xəyallardan, keflərdən əl çək,Zülmətdə, gəl, nurdan sən üz əl-ətək.
نان و هیزم کشی چو حمالانروز و شب تا سحر ز غم نالان
Gündüz hambal kimi daşı çörək, su,Gecə qəm qoymasın gözünə yuxu.
بندگی نان کشیدنست به رنجخواجه نامی ولیک بنده بسنج
Bəndə əzab çəkib çörək qazanar,Xacə adlansan da, bəndəsən, aşkar.
خواجگی راحتست و آزادیتو به رنج و به بندگی شادی
Xacə rahat gəzər, yaşayar azad,Sənsə bəndəliyin, zəhmətinlə şad.
گر ندانی سزای گردن گولغل دیوست،یا دو شاخهٔ غول
Axmağın boynuna yaraşar ancaq,Divin zəncirilə, hal çatması, bax!
هم چو دزدان نشسته بر زانوکرده او را دو شاخه کدبانو
Onu oğru kimi çökdürüb dizə,Qadın buynuz qoyub çıxar təmizə.
کنده در پای و بند بر گردنچون توان فخر خواجگی کردن؟
Ayağında kündə, boynunda zəncir,Belə ağalıqla fəxr etmək nədir?!
روز تا شب بلا و بار کشیتا شبش تنگ در کنار کشی
Gündüz əlləşirsən ta axşamadək,Ta gecə qucasan sən onu bərk-bərk.
از تو خاتون چو گردد آبستننتوان راه زادنش بستن
Hamilə oldusa qadın, bil onu,Bağlaya bilməzsən doğum yolunu.
چون بزاد، ار نرست اگر مادهخرج باید دو مرده آماده
Doğulandan sonra dişi, ya erkək,Onlara ikiqat artıq xərc gərək.
پسران را قبای روسی کندختران را به زر عروسی کن
Şaldan oğlanlara paltar geyindir,Qızlara qızılla toy et, sevindir.
ز در دوستان به ماتم و سورنتوانی شدن به کلی دور
Toy nədir, yas nədir dost qapısındanGen gəzə bilməzsən heç vaxt, heç zamam.
خواجگی نیست، این بلای تنستبا چنین کمزنی چه جای زنست؟
Bu xacəlik deyil, bəladır ancaq,Belə bir talelə nə arvad almaq?!
بندگی کن، که خواجه خوانندتگر امیری کنی برانندت
Xacə adlanmaqçün bəndəlik et sən,İnan ki, qovarlar, əmirlik etsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-44
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İclasdan iclasa görürəm səni,Solğun camalından solur gözlərim.
Həmişə kim qalacaqEy yarım, sür dövranın, həmişə kim qalacaq,Kef elə, söhbət elə, həmişə kim qalacaq,
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəmFələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,
Yasinə bağlarSin Allahdı, sin göndərdi, sin kəlam,Sin püşü gətirmiş Yasinə bağlar.