İclasdan iclasa görürəm səni,Solğun camalından solur gözlərim.

Könlümün dumanı, könlümün çəni,Dönür ağ buluda, dolur gözlərim.

Başlanır fikrimin öz “yığıncağı”,Həmin yığıncaqda bir sən, bir də mən.Ağzınacan dolu iclas otağı,Yan keçir xatirə sahillərindən...

Qəlbin əlaməti gözdədi guya,Gözümdən könlümü oxuyan hanı?Qəlbin əlaməti üzdədi guya,Üzümdən könlümü oxuyan hanı?

Tək sənə aydındır, tək sənə aşkarSaralmış günəşim, tutqun ayım da,Danışır “dərədən-dağdan” adamlar,Sən öz aləmində, mən öz hayımda.

Tək sənə əyandır, tək sənə - ancaqNecə tüstülənir, necə yanıram.Bilirəm deyirsən: “nahaqdır, nahaq”Nahaq yanmağımı yaxşı qanıram.

Səndə insafa bax, məndə dözümə!Məndən lap aralı əyləşmək niyə?Məgər bilmirsən ki, çaşqın gözüməOnsuz da bəs elər xırda maneə?!.

Camaat iclasın gur axarında,Axardan kənarsan sən də mənim tək.Yaxın bir adamın baxışlarındaDaşdan da bərk olsa, ovular ürək.

Yalandır kimləsə danışmağın da,Vurhay çıxışlara marağın yalan.Məni saymamağa çalışmağın da -Boynuna qoymuram - yalandır, inan!

Səslidir, küylüdür bu iclas zalı,Hər kəs öz işində, öz sahmanında.Qərib durna kimi şair xəyalıDünyadan aralı - sənin yanında.

İclasdan iclasa görürəm səni,

Həsrətin yandırır-yaxır qəlbimi.Bu sayaq görməsin sevən sevəni,İclas da dağılır bir yuxu kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов