Həm mənzumdu, həm mənsurdu gülhüseyn.Həm mə’sumdu, həm məğrurdu gülhüseyn.Zindanların zülmətini əridənAl şəfəqdi, qızıl nurdu gülhüseyn.

Müəllimdir alnı açıq, üzü ağ.Ona yaddır başqa cürə yaşamaq.Özü qıvraq, qayışbaldır, diribaş,Şagirdinin saqqalı ağ, saçı ağ...

Mücrü onun mücrüsüdür -- xəbərdar!Mücrüsünə toxunmayın, lo salar.Gülhüseynə tay tutmasın özünüMücrüsü boş, ürəyi boş olanlar.

İstiqanlı ilk fırtına quşudur,Onu şahin nəğmələri yaşadır.Öz canından keçməyinə keçdi o,Ölmədisə -- bu allahın işidir...

Müşfiq dağı sinəsində əbədi,Müşfiq şe’ri -- səcdəgahı, mə’bədi.Əzabkeşin, cəfakeşin qisməti,Ömür yolu, tale hökmü belədi.

Qəzəblənmə, qəzəbinə, hirsinə,

Gülhüseyn tək məşəqqətə gər sinə!Ona dəyən dəysəydi qeyrisinə...Başı-gözü çevrilərdi tərsinə.

Vətən! -- deyib sinəsinə çırpmadı,Hökm oxundu -- gözünü də qırpmadı.Sal qranit, gül yarpağı Gülhüseyn.Mənsur şe’rin bağça-bağı Gülhüseyn.Nakam müşfiq pasibanı Gülhüseyn,Mənsur şe’rin bağbanı Gülhüseyn.

Masallıdan o, qucaqda ayrılıb,Qönçə ikən gül budaqda ayrılıb.Gülhüseyni bakı çəkib ovxaraO, qınından bura çıxıb sıyrılıb.

Əsəbinin səbəbi də birdimi?Dirigözlü oda düşüb gəncliyi.Hörmət elə, səcdə etmə, pirdimi?!Ömrü uzun, ürəyi pak, gözü toxİndi tapıb bir az qulaq dincliyi.

Kələyi yox, hiyləsi yox, toru yox.Coşmağı var, daşmağı var, zoru yox.Masallıda yırğalanıb beşiyi...Azərbaycan torpağında yeri çox.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов