Sabir RüstəmxanlıyaÇaxmağı çək,

Çırağı yandırmamışam.Qaranlıq vicdanları,Zülmətsevər insanlarıNura boyandırmamışam.Çaxmağı çək,Yansın ürəklərin qurdu,Qaradan-quradan təmizləyəkAna yurdu

Bu çaxmaq ayrı çaxmaqdır,Bunu kim bilməz - axmaqdır.Çaxmağı çək,QığılcımlarındanDan sökülsün,Səhər gülsün,DünyadanƏli üzülənlər gülsün.Çaxmağı çək,Oynamaq istəyirəm,DamarlarımınDonu açılıb,Qaynamaq istəyirəm.

Çaxmağı çək,Oynasın qızlar-oğlanlar.Qaranlıq xəlvətlərdəBıçaqlaşmasınAğılsız dəliqanlılar.

Çaxmağı çək,Qığılcımlar səpilsinUlu sabirin məzarına,Vətənin-xalqınİşıqsız rüzgarına.Əlacsız yürüşlərə,PiketlərəYerlə yeksan daxmalarınXərabəsinə,Təzə məscidlərinMinarəsinə.

Çaxmağı çək,Toy şamları yansın.Əhd-peymanBeş günlük yox,

Ömürlük qaynaqlansın.

Çaxmağı çək,YansınYalançılar,Böhtançılar,Talançılar.Hörümçək toruZirzəmi divarında.Gəmi anbarındaYoxdu bu gün.Haram imarətlərin,Haram əzəmətlərinTavanındadır.Haram yeyənlərinVicdanındadır.Çaxmağı çək,BünövrəsindənYansın haram.Hörümçək torunuÖzüm dəSüpürüb salaram.

Çaxmağı çək, sabir!Oynasın iki şair.Biri cavan,Biri qoca,Biri yüksək,Bir uca.BəlkəArsızlığaQoymuşam özümü?Çaxmağı çək,QamaşdırBu işlərdənSu içməyən gözümü.Düyün açılmayandaKəsilərKəsilməyəndəOda tutular.Çaxmağı çək,Odla açaq düyünləri.Nə yaxşı ki,Allah bizə çox görməyib

Bu toyları, düyünləri...Çaxmağı çək,Çırağı yandırmamışam,Çək, sabir,Çaxmağı çək!

25.07.1999.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов