Yerevan kəşfiyyatının agenti Artavası keçən ay Bakıya göndəriblər ki, get bir az məlumat topla gətir. Baxmayaraq ki, mütəmadi olaraq mərkəzi qadın bərbərxanasında işləyən agent Sirr-Anuş bizim sirləri hər gün Yerevana çatdırır, amma bu dəfə Artavasın əlinə fotoaparat da veriblər ki, əhalinin şəkilini çəksin. Mən də o gündən qorxuya düşmüşəm ki, bu alçaqlar birdən Novruz bayramında terror-zad eləmək istəyərlər.Sonra yadıma düşüb ki, yox, böizim KQB okeanın o tayında, hətta balıqların da bilib susduqları işləri aça bilirsə, ermənilərin terror törətmək niyyətlərini bilmək onlar üçün «ikruşka»dır. Və sakmtləşdim. Bəli, Artavas keçən ay Yerevandan əlində fotoaparat «Po-plostunski», yəni sürünə-sürünə üzü Bakıya tərəf yola düşüb. Bir aya yaxın sürünən agent yollarda heç kəsə rast gəlməyib. Bakıya çatanda görüb ki, ay dadi-bidad, bütün Azərbaycan burda imiş ki. Və urusun verdiyi bombalardan bircəciyinin bu əhaliyə bəs edə biləcəyinə sevinib.

Deyirəm, gör bizdə zəhmə bax ki, o boyda Bakıya qədər sürünüb və bura çatanda heı qorxusundan ayağa da durmayıb ki, fərli – başlı şəkil çəkə bilsin. Şəkilləri elə uzanan yerdə çəkib. Lazımi adamlarnan görüşəndən və lazımi obyektlərin şəkillərini çəkəndən sonra qohum-əqrəbası onu Binə aeroportundan yola salıb. Yerevanda şəkilləri çıxarıb görüblər ki, bu nədir, şəhərin hansı bir nöqtəsində şəkil çəkiblərsə, adamların hamısı kişi çıxıb. Qalıblar çaş-baş ki, bəs bunların qızları, arvadları necə oldu. Düşüblər qorxuya (hə, belə qorxarsız, a!) Az sonra mənim özünümü də fikir götürdü. Axı bizdə bu qədər kişi yoxdur. Olsaydı, yəqin ki, Qarabağı çoxdan alardıq. Əşi, birdən-birə adıma nə düşsə yaxşıdır. Axı bu zalım oğlu şəkilləri uzanan yerdə çəkib. Camaatın şəkli beldən aşağı düşüb. Axı, bizdə də hamı şalvar geyinir. Deyirəm, heç özümüzün də xəbərimiz olmadan erməninin gözünü qorxutmağın üsulunu əla tapmışıq.

Yaxşı yadıma düşdü. 8 Martda televizora baxırdım, birdən ekranda gördüm ki, gözəl qadın səsi ilə bir oğlan danışır. Eynəyim olmadığından kim olduğunu dəqiq müəyyən edə bilmədim. Oğlan oxumağa başlayanda, qız, gəlin, oğul yan otaqdan bir-birini itələyə-itələyə tökülüşdülər mən oturan otağa ki, ay aman, o qızın verilişidir, xəbərimiz yox. Dedim, ay uşaqlar səhv salırsınız. Bu, deyəsən təzə diktordur özü də oğlandır. Dedilər ay ata, sən qoca kişisən, belə şeyləri bilməzsən. İndi belə oğlansayağı saç dəbdədir. Düşündüm ki, doğrudan da Bakıya belə dəb dəşsə və bu dəfə Artavas camaatın ayaqüstü şəklini Yerevana təqdim etsə ermənilər qorxularından tumanlarına batırar. Hə, əla üsuldur. Bundan sonra bizdən nəinki beldən aşağı, heç beldən yuxarı da baş açan olmayacaq. Kefdir e, kef!

Bu yerlərin qaşı qarsız

Edamları ipsiz, darsız

Bu millətin adı arsız

Xəbəri yox batır gəmi

Telloyu çal, telloyu çal

Çal oynasın Əjdər əmi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира