Çumur-çumur adın nədir?
Gələn gəlir, gedən gedir, çumur-çumur adın nədir?Qalan nədir, gedən nədir, çumur-çumur adın nədir?
Həyat ki «Səndə-Məndə»dir, ya səndədir, ya məndədir,Nədən bəs hamsı səndədir, çumur-çumur adın nədir?
Quru odunda yaş yanıb, üzük itibdi qaş yanıbQurum çökür ocaq sönür, çumur-çumur adın nədir?
Yalanı tərif eylədim, olanı təhrif eylədimBu qarnım ac, əlim xəmir, çumur-çumur adın nədir?
Uduzdu, məncə udmadı, yanında idi, tutmadıKəsildi yoxdu səs-səmir, çumur-çumur adın nədir?
Külək gözündə qum salıb, səni zəmanə mum salıb,Adın nə idi? Daşdəmir, çumur-çumur adın nədir?
Maaş pulu gedir yola, yemək güdür yazıq balaBir aydı barmağın əmir, çumur-çumur adın nədir?
Zaman-zaman içib qanı, bu qanla saxlayıb canıBax, indi də canın güdür, çumur-çumur adın nədir?
Qızıl dirək qəsrdədir, o qız-gəlin əsirdədir,İgidlərin qəbirdədir, çumur-çumur adın nədir?
Cahan yetir nəhayətə, zaman çatır qiyamətəMələk enib sual edir, çumur-çumur adın nədir?
Baba, günahla oynama, günah içində qaynamaKeçir ömür, gəlir Əmir, çumur-çumur adın nədir?
24 aprel 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-cumur-cumur-adin-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üzün daim gülür, bu xoş güzəran olduğundandır,Cibində paçkələrnən yəni şirvan olduğundandır.
İblisə «sud» etməliyəmTa canım cismdə var həqqə qunut etməliyəm,Bu yalan ölkədə mən həqqi sübut etməliyəm.
Tərif eləƏvvəli təhrif, sonu tərif elə,Əmr kimindir, onu tərif elə.
Mən bu cahana sığmazamMəndə sığıbdı yüz dükan, mən bu dükana sığmazam,Hər cür haramla köpmüşəm, «Cip»də sükanə sığmazam.