Seçilib diqtə ilə
Bu gözü çıxmış elin icrə aparsan soru da.Görəcək bir göz ilə yaxşını da, nankoru da.
Seçilən haqq ilə beş-altı vəkildən savayı,Seçilib diqtə ilə yaltağı, rüşvətxoru da.
Dirijor heç xora çəkmir çubuğun, yanə çəkir,Xora çəksə, oxumaz lağlağı dövlət xoru da.
Törənirsə Bakıda ermənidən türk uşağı,Böyüyəndə o uşaqdan törənər terroru da.
Vətənin sərvətinə «layiq» olan burda qalır,Vətənin sərhədinə amma basırlar koru da.
Nə qədər bəhri-Xəzər içrə balıq var, tora sal,Kürünü xaricə çatdır, bizə dartdır toru da.
«Gedişi» mincə manatdır, maaş əvvəlki kimi.Belə getsə, ala bilməz bu cəmaət şoru da.
Necə getsin qabağa «Azərbaycan» gəmisi.Cırılıb yelkəni gərçi, qırılıbdır doru da.
Bu ömür yolları indi borulardan keçəcək,Boruya girsə siyasət dözə bilməz boru da.
Biz urus-zad deyilik, körpəyə «milinki» deyək,Uşağa yağdırarıq azzarı, dərdi, çoru da.
Neçə ildir Baba sponsoru yerlərdə gəzir,Demə göylərdə imiş, seyfi də, sponsoru da.
5 yanvar 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-secilib-diqte-ile
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böhtanlara qatmaqçün, nöqsanı şişirdirlər,Zindanlara atmaqçün, böhtanı şişirdirlər.
Ötdü cavanlıq QarabağCanavar nəslinə sərf etdi dumanlıq QarabağKi, ola onlara hər dəmdə yavanlıq Qarabağ.
Sən deməzdin, mən dedimHaqq sözün bu iqtidarə sən deməzdin, mən dedim.Ağu qatmış ruzigarə sən deməzdin, mən dedim.
Qanlı bir səhradı buGöz yaşım leysan olub səhrada bir dəryadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.
Стихи других поэтов · О родине
İnsan övladının asiman qədərUlduzu sayrışan bir lisanı var…
Qız qalasıQız qalası, Qız qalası, mübarəkdir!Sənin təzə cəh-cəlalın nə qəşəngdir.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.