Dişinə vurub yumurta əmin ol sığortasından,Bu gün iqtidar müxalif bilinər yumurtasından.

Saqa çəkmə xeyri yoxdur, sola əymə xeyri yoxdur,Ona iqtidar deyərlər, vuracaq düz ortasından.

Döyülən odur, döyən bu, güdülən odur, güdən bu,Sarısın udub dünən bu, keçinib aortasından.

Oturub cəhənnəmində, əriyən qırın dəmində,Düşünür kasıb-kusubdan necə qan sovurmasından.

Ürəyin sevindirəydin, əl-əlüstə göndərəydinCiyəri vərəmlər üçün, ciyərin qovurmasından.

Ac olub yatan toyuqlar, oyanın çıxıb soyuqlar,Vəkilin yumurta uddu yeginən çığırtmasından.

Özü burda qurdu orda, qurub orda durdu burda,Niyə qurdu yurdu burda, bezib orda-burdasından.

O günün qiyamətində, edəcək qiyamı Pünhan,Gecənin bir aləmində doğacaq günortasından.

17 mart 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине