Gəlib çıxıb bu şoran torpağa şitin biridir,Yavaş-yavaş daraşır hər yana bitin biridir.

Vəzifələrdə böyük kütləni idarə edən,Nə çoxdu kütləsi çox, amma ki kütün biridir.

Yalan deyib yekələn, millətin yeyib kökələn,Görüb ki, aynada piy bağlamış ətin biridir.

Onu görəndə siçan tək qaçıb girir deşiyə,Məni görəndə qapır, guya bəd itin biridir.

Hicabı qız-gəlinə ləğv elətdirən kişinin,Yəqin ki, qız-gəlini şəhridə lütün biridir.

İnanma hiyləsinə rəmm atıb gəzən kosanın,Həkim babanı edən daş, ifritin biridir.

Hərami tayfasının kökləri üzüldü, Baba,Biri yıxılsa gedər ardı, ən çətin biridir.

30 iyun, 2002

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов