Şam ağlasın
Xalqımın bayramıdır, boş süfrədə şam ağlasın,Bayramın axşamına, sübh gülsün axşam ağlasın.
Göz yaşıynan süfrəyə qoysun ana, qəm xonçasın,Paxlava, şəkkərbura olsun xəyal xam ağlasın.
Olmaq olmur, ölmək olmur, düşdüyümMüslümün rüzgarına Hamletlə Vilyam ağlasın.
Milli Məclis dinməsin, sussun bu bayram axşamı,Qoy çadırlar səmtinə, çəksin bir əncam ağlasın.
Əndamı yanmış amerkan neftimizdən zər geyib,Neftçinin üst-başına baxsın, bu əndam ağlasın.
Yurduma sərvət dalınca karivanlar gəlmədə,Hürməyi vecsiz sayan karvana ham-ham ağlasın.
Qoy yesin fındıq, ləpə, Novruzda harın ingilis,Novruzu yıxsın ləpə, batsın, bu bayram ağlasın.
Od vurar bir gün bəni-İsrailə başsız Hüseyn,Vurmasa od, qatili-İsaya, qoy Şam ağlasın.
«Zülfüqar»ım hardadır, Sahib-Zamanım ordadır,«Zülfüqar»ım burdadır, Turanda «Qunqam» ağlasın.
Pünhanın eyhamını, baş sındırıb dərk eyləyən,Pünhanın edamına, versin sərəncam ağlasın.
25 fevral 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-sam-aglasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir sümük, bir dəri olsan da qədimdən, kilkə,Bu çətin gündə mənim tutdun əlimdən, kilkə.
Oruc tutmuşamBir gözələ baxmaram, gözdən oruc tutmuşam,Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.
Aclığa qurban gedirikHələlik, düzlük adıynan, düzülüb yan gedirik,Gedirik, əzm ilə biz, aclığa qurban gedirik.
Kişi yox?!Kişi var ki, kişidir, amma kişiynən işi yox,Kişi var, nakişidir, amma deyir ki, kişi yox.