Əlimi şanə edim saçlarına şanə sürüm.Saçına tağ ayırım hər teli bir yanə sürüm.

Kaş bir Leylim ola, bir də Bürağım yarəb,Götürüm Leylimi də rövzeyi-rizvanə sürüm.

Bu çətin ömrü qəmin zənciri ilən sürürəm,O gün olsun ki, onu yaxşı güzarana sürüm.

Qələm ayrılmadı bir ləhzə varaqdan, ey dil,Batırım hərdən onu gözdən axan qanə sürüm.

Yenə azadlığımın meydanı zindana düşüb,Mənə meydan verin azadlığı meydanə sürüm.

Nə gəlir Pünhana pünhan onu aşkarə yazır,Dedi ver izn bu aşkarını zindanə sürüm.

12 iyul 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов