Dağılır cismdə bu can, xəbərin yoxdu sənin,Sağılır Azərbaycan, xəbərin yoxdu sənin.

Gəmirir kömrüyü kömrükçü, köpüb kömbələnib,Gənədir, gendən içir qan, xəbərin yoxdu sənin.

Elimiz bir, gölümüz bir, Əlimiz birdi-fəqət,Tutur əl, «Axberə»ə İran, xəbərin yoxdu sənin.

Neçə rüşvətxoru məzun edir, hər il Bakıya,Polisin yurdu Mərdəkan, xəbərin yoxdu sənin.

Nə təqaüd, nə maaş, yetməyir heç duz çörəyə,Kasıbın göz yaşı ümman, xəbərin yoxdu sənin .

Bu elin çox kədərindən, xəbərin var-bilirəm,Çatmayır, on dənə «şirvan», xəbərin yoxdu sənin.

Bakıya dolmaq üçün, dava əcəb fürsət imiş,Bakının torpağı ehsan, xəbərin yoxdu sənin.

Kimi hində, kimi tində oturub, daldalanıb,Saralıb çində bir insan, xəbərin yoxdu sənin.

Halala qatma haram, kimsə bunu görməsə də,Qeyd edir dəftərə Pünhan, xəbərin yoxdu sənin.

5 aprel 1998, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине