Bir şikarıq fənd ilə ovlanmışıq,Bir nigarıq söz ilə tovlanmışıq.

Siz xəzərin altına atdız tilov,Biz Xəzərin üstə tilovlanmışıq.

Tək-tək aparmaqla gözü doymadı,Doymamağındandı calovlanmışıq.

Qovlanıb Adəm baba göydən yerə.Biz isə yerdən göyə qovlanmışıq.

Girovu yıxdıqca da iş bitmədi,Çünki, o Kirovla girovlanmışıq.

Erməni top, güllə atırkən bizə,Biz oturub tində qoşovlanmışıq.

Kürsülərə ta ki, ayaq qoymuşuq,Kürsü qızışdıqca alovlanmışıq.

Pünhan, enincə yerə Sahib Zaman,İblisin əmriylə girovlanmışıq.

12 may 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов