Hamı - Cıdır düzü -Deyib dayanır.Hamı - Şuşa - deyibAlışır-yanır.Ancaq ki, qanan da,Qanmaz da qanır;Sən get ha sinə vur,Ha mərsiyə de:Vətən talanır! -Çoxu bu harayıVızıltılı sanır -Milçək vızıltısı,Vətən naləsi -Adam xəcalətdənÖlür... utanır...

Əşşi, nankor deyil,Düşmandı qonşu.Səmumdan beşbetərTufandı qonşu.Sən gül yarpağındaƏlvan kəpənək...

Zirehdi, qılıncdı,Qalxandı qonşu.Dağımda qapqaraDumandı qonşu,Bağımda sapsarıXəzandı qonşu,Qanıma-canımaSusandı qonşu.Yerimə, yurdumaDadandı qonşu.Əfidən də əfiİlandı qonşu.Sən də deyirsən ki:Bəlkə sülh olaUsandı, utandı,Dayandı qonşu?Arzu yaxşı şeydir,Dilək gözəldir.Arzuyla döyünənÜrək gözəldir.“Gün o gün olsun ki...”Demək gözəldir.

Xəyalplovdansa -Bir dağ aşıranVallah, bircə tikəÇörək gözəldir.Duayla qələbəİstəməkdənsəQələbə naminəÖlmək gözəldir.

Ağ bayrağa dönübBayrağı sülhün,Həm də cidarlanıbAyağı sülhün.Boş şeydi - yoxdusaYarağı sülhün.Yalnız qol gücüdürDayağı sülhün.Sonsuz gəlin kimiBəs nə vaxtacanQundaqsız qalacaqQucağı sülhün?!Böyüklü-kiçikli

Rəqs edir hamı.Durub gözləyən yoxHeç bir bayramı“Çal-oyna” çaşdırıbBütün adamı...Üzlərdə-gözlərdəYoxdu zərrəcəQəzəb qığılcımı,Qisas eyhamıBu dərddən-bəladanXilas eyhamı.

Vətən əldən getsəNə şah, nə vəzir?!..Namusa-qeyrətəDuraq müntəzir!Nə dua, nə sənaNə niyaz-gəzir?!Soyuq biganəlikMilləti pozur...Söz cəng-cidalında

Ağızlar qızır...Deyinə-deyinəCamaat gəzir:Kremlə sadəlövhMəktublar yazır...

Başının altınnanTulla balıncı,Dillə yox,Dur əlləGötür qılıncı!Bütöv bir millətəÖtür qılıncı!Son qisas həddinəYetir qılıncı!Kafərlər qanınaBatır qılıncıYa da itkin düşənQız-gəlinim təkƏlinnən salıb daİtir qılıncı...

Bu qədər çal-çağır,Bu qədər vur-hayEfirdə, ekrandaAxı nə gəzir?Düşmən XocalıyaRaketlər düzür...Yansın baxışlardaDöyüş atəşi.Səfərbər etməliEli-mahalı,Dəyişsin millətinHalı-əhvalı.Yığıb-yığışdıraqHırıltıları,Yığıb-yığışdıraqZırıltıları,Gileyi-güzarı,Qırıltıları.

Cəbhəyə açılsınNeft kəməri...Bütün üzükləri,

BilərzikləriSatıb topa verək,Tüfəngə verək.Bəsdi də nə qədərBiz əngə verək?!Biz də raket alaq,Biz də tank alaq.Düşmənlə döyüşdəBarı tən qalaq.Halalı-haramaQataq, razıyam.Təki bir məqsədə.Çataq, razıyam.Bakıya tuşlanırRaketlər, gəlin!Şirkətlər, tələsin!Marketlər, gəlin!

22 mart, 1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов