Kəfənsiz,

DəfnsizAdsız sümüklər.Ünvansız, ocaqsızOdsuz sümüklər.Səpilib dünyanınHər bucağına,Doğma torpağına,Yad torpağına,Qumlara, sularaSəpilib gedib,Əlli cür diyaraSəpilib gedib.Nə məş’əl,Nə məzar,Nə xaç, nə dua.Eh... tələm-tələsikÜstü örtülənİnsan sümüyüyləDoludu dünya...Vəhşi kalımadanXocalıyadəkYerə sümük-sümük

Sancılıb insanŞirmayıya dönübİncəlib insan.Məzarsız şəhidlər,Hardasınız siz?Harda sürmə olubSümükləriniz?Torpağa asta basAyağını, dost!Torpağa yaxın tutQulağını, dost!Tayqadan, sibirdənNarginə qədərDinlə gör nə deyirAdsız sümüklər.Əbədi məş’əlsiz,Odsuz sümüklərUraldan, pamirdənMurova qədərKəfənsiz, dəfnsizMəchul sümüklər,Ağlayanları yox

Mə’lul sümüklər.Çox şükür, bir CavidQayıtdı yurda...Minlərcə cavidlərDüzlərdə qalır.Kövrək bir təsəlliTapsam da burdaGözüm izi itmişİzlərdə qalır.Dünya sularındaNarginlər nə çoxHər nargin bir zindanŞəkki-şübhəm yox.Mən öz narginiminDövrəsindəyəm,Mən öz nisgiliminÇevrəsindəyəm.Əhməd CavadımıAxtarıram mən.Sınıq qanadımıAxtarıram mən.Almas ildırımı

Axtarıram mən.Baxtı uçurumuAxtarıram mən.Mikayıl müşfiqiAxtarıram mən.Sümükləri pünhan,İşığı aşkarƏbədi şəfəqiAxtarıram mən.Şəhid məzarlarıŞıra-sıradırHər məzar köksümdəQanlı yaradır.Məzarsız şəhidlər,Dərd sizsiniz, siz!SümüklərinizŞö’lə çəkir şam tək,Əriyir şam təkƏriyə-əriyə əriməyəcək!Kəfənsiz,DəfnsizAdsız sümüklər

Məş’əlsiz, alovsuzOdsuz sümüklər.Doğmasız sümüklər,Yadsız sümüklər.

10 may, 1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов