Döşündə zəhərli gürzə nişanı,Fikrində bəşərə – insana hörmət,Əlində növbənöv şəfa dərmanı,Gözündə, qəlbində, dilində şəfqət

Kənd-kənd, şəhər-şəhər, evbəev gəzən,Bir dərdi tapmaqçın min dərdə dözən,Yolunu arana, dağlara salan,Hər vaxtsız əcəlin üstünü alan

Həkim xəstələndi... yatağa düşdü.Oldu bircə gündə canından bezar.Onun bu halına sanki gülüşdüQənim kəsildiyi neçə dərd-azar.

Elə bil döşündə dayanan gürzəTərpənib qəfilcə çalmışdı onu.Zəhər bədənini hey gəzə-gəzəSağalmaz bir dərdə salmışdı onu.

Titrətmə, üşütmə sardı həkimi,Göynədi ağrıdan çiyni, kürəyi.Qapını təlaşla döyənlər kimiSinə taxtasını döydü ürəyi!

Ondan gözləyirdi əlacı xəstə,İndi özü düşüb onun can üstə.Bilənlər acıdı cavan yaşına,Təbiblər yığıldı onun başına.

Köməyə gəlmədi həblər, iynələr.Həkim xəstələndi... düşdü yatağa,Bu xəbər yayılıb getdi uzağa.

Xəbər qanadlandı, hər yana çatdı,Neçə min ürəkdə təlaş oyatdı,Şəfa bəxş etmişdi o, neçə gəncə,O, neçə ataya, neçə anaya –Qoymamışdı evin işığı keçə!..İnsanlar axışdı xəstəxanayaƏlində torpağın əziz nəməti:Kimi bir yasəmən şaxı-dəməti,Kimisi ilk bağın ilk nübarını,Kimi ən müqəddəs duyğularını,Kimi könülaçan şer gətirdi.Elin alqışını ona yetirdi.

Kimisi də sovqat verdi qanını.Kiminin əlacsız çatıldı qaşı.Kimisi qurban da dedi canını,Dərman damcısı tək axdı göz yaşı.

Uzatcaq əlini neçə min insanElə bil boğuldu döşündə ilan! –Bu qüdrət önündə azar əridi,

Həkimin gözündə həyat çağladı,Qəhərdən özünü güclə saxladı.Görənlər sevindi: “Üzü bəridi...”Fərəhdən qəlbində coşdu ümmanlar,Yox oldu təşviş.Bir vaxt o həkimdən şəfqət umanlarŞəfqət gətirmiş –Yetişdi həkimin dərdinin sonu,Öz eşqi, əməli sağaltdı onu!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов