Taqətdən düşmədi ovçu qədəmi –Bir gənc düzü keçdi, təpəni aşdı.Tüfəngi ayaqda, axşama kimiMeşəni, kol-kosu gəzib dolaşdı.

Nə düzdə ceyran var, nə daşda kəklik,Nə bir dovşan izi suata gəlmiş.Bu yaşıl pöhrəlik, bu göy çəmənlikOvsuz yoxsul imiş, bəzəksiz imiş.

Bir vaxt qoşa-qoşa süzən turacdan,Əlvan qırqovuldan əsər görmədi,Əlacı hər yerdən üzülən zaman:“Qoruqçunu yola gətirrəm...” dedi.

O, qoltuq cibinə çırpdı əlini,Çırtıq vura-vura yola düzəldi,Gözünün üstünə tökdü telini,Ərköyün-ərköyün qoruğa gəldi.

Quşlar qəfil uçdu hər addımbaşı,Ürək pırıltıdan oldu qopası.Fikrinə gətirdi bir qazan aşı,Üstündə qırqovul, turac çolpası,

Qarğa şaqqıldadı, kollar titrədi.Oğlan yaman düşdü ov həvəsinə.Havaya bir patron boşaldıb dedi:“Qoy gəlsin qoruqçu güllə səsinə...”

“...Heç vaxt ayağını burda əyləməz,Çiynindən çıxarmaz tüfəngi ovçu...”Gəlib qaça-qaça, dinməz-söyləməzSeyr etdi o gənci qoca qoruqçu.

Bu baxış deyirdi: “ayıbdır, bala,Bir özgə əyləncə tapsana kefə”.Oğlansa işarə eylədi pula:– Əliboş de, necə qayıdım evə?!

Beş onluq verərəm beş qırqovula...– Onu qatığa ver...– Təhqirmi?! Məni?!– Bəs necə?! Dəyişmək olarmı pulaVətən torpağının gözəlliyini?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов