Bilməz idik, duymaz idikbiz bu qədəramansızmış, qəddar imişqəfil xəbər,qəfil kədər...

Qəfil kədər! Nə yüyrəkmişsənin atın –bircə andaneçə diyar qət elədin,neçə ürək parçaladın –Səfərdəydi onun özü,Uçuşdaydı onun sözü.Kim inanar, kim –bu səfərə çıxar oldu,bu səfərdən dönməz olduVaqif İbrahim.Şair idi – təbi bulaq,bəhrəli bağ,yığmış idi cavanlarıətrafına,

yollarına nur tökürdüöz oduna yana-yana.İnsan idi – ürək telisarı simdən,təbiəti yoğrulmuşduhəssaslıqdan,təbəssümdən.Vətəndaşdı – yumruğu daş,qəlbi mülayim –Ləyaqətin fövqündəydiVaqif İbrahim.

Səy edirdi silə-siləyox eləsin acıları.Öyünürdü adı iləbacıları.O sürgünə göndərdikcəyolu kəsən qəmi-yası,fəxr edirdi zəfəriləel-obası,hünəriləqardaşları.“Sən saydıqca say...” – deyiblər.Qəfil xəbər!Qurumayıb axı hələonun ana türbəsinəaxıtdığı göz yaşları.Körpə-körpə övladlarınatasıydı,bu gün sabah neçə-neçədərdi-səri atasıydı.İstəyinə çatasıydıdostu-yarı,səfərdəydi arzuları...Kim inanar, kim –Bu səfərə gedər oldu,bu səfərdən dönməz olduVaqif İbrahim

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов