Şəbnişin eyləyib yola düşmüşəm,Yar, mənim gəldiyim bilmədinmi sən?Dərdini çəkməkdən dəli olmuşam,Yar, mənim gəldiyim bilmədinmi sən?

Mən qurbanam sənin kimi canana,Olmuşam dərdindən dəli-divana,Dağılsm otağım, ev ilə xana,Yar, mənim gəldiyim bilmədinmi sən?

Qurbani deyir ki: sonasan, sona,Bir zaman görməsəm yanaram, yana,Qarabaş göndərdim əhdə, peymana,Yar, mənim gəldiyim bilmədinmi sən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви