Görmüşəm
Ay ata, can gedib, qalıbdı nəfəs,Bu nişanda belə yarı görmüşəm.Bunca ki gözəli tapmadı könül,Ah çəkibən intizarı görmüşəm.
Gözəllikdə kimsə yoxdu təhrində,Onunçun çəkərəm yarın qəhrin də,Nə İran, nə Turan, Gəncə şəhrindəCanlar alan o nigarı görmüşəm.
Ay ata, sən məni etmə günahkar,Bəsdi, bunca nə elərsən ahü zar?!Qurbani der: Əldən gedib ixtiyar,Xublar şahı o sərdarı görmüşəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-gormusem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Nəhalmı var?Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?