Hicran gecələri qayğı çəkməkdən,Əlif qəddim əyri yaya dönübdü.Bədəsilin eşidəntək sözlərin,Yəqin etdim, ömrüm zaya dönübdü.

Dünyada qalmayıb zərrəcə hörmət,Qardaş qardaşına eylər xəyanət,Gədalar bəy olub, bəylər rəiyyət,Ağ pullar çönüb ribayə dönübdü.

Uçuşur dumalar, səkir teyhular,Namərd adam qalibliyin arzular,Bulandı dəryalar, həm daşdı sular,Qaynaqsız bulaqlar çaya dönübdü.

Biz də qonaq olduq qarslı Osmana,Yunis tək mat qaldıq bəhrü-ümmana,Qurbani der: dönsün belə zamana,Göydəki ulduzlar Aya dönübdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов