Dördünə
On altı gözəlin seyrinə varım,Gözüm düşdü gözəllərin dördünə.Altısı bəd xəsyət, dindirmək olmaz,İkisi mehriban, de, bəs dördü nə?
Ay ağalar, dərdim yaman artıbdı,Çərxi-fələk eldən daşım atıbdı,Səkkiz şeydi, bu dünyanı tutubdu,Abü atəş, xakü baddı, dördü nə?
Qurbani sözlərin eylədi tamam,Gözümün evini alıbdı duman,Səkkiz şey insana olubdu ənam,Ağıl, mərifət, həvəs, kamal, dördü nə?
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-dordune
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Şərarə
О, работай перо, огонь извергай,Суеверья, невежества тьму разгоняй!..
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Mən oldumÇərxin yaman gərdişindənƏcəb sərgərdan mən oldum