Axşamdan yağan qar çıxıbdı dizə,Kəsilib bulaqdan yolu qızların.Sənəyin doldurub qoyanda düzə,Üşüdü barmağı, əli qızların.

Gözəllər yığılıb hamısı kəndə,Sənəyin doldurub burdan ötəndə,Şamaxı şəddəli gərdənbənd təndə,Əyrimcədən keçər beli qızların.

Qurbani der: bu dərdləri biləsiz,Qohum-qardaş yığılıban gələsiz,Adna axşamında bəlgə qoyasız,Kəsilə qovğası, qalı qızların.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов