Zülfün
Gündüzün mehridi, gecənin mahı,Qüdrət üçün sirri-ilahi zülfün.Ucun tutan gedər həşri-behiştə,Möminlərin püştü, pənahı zülfün.
Şəmsi mat eylədi cəmalın şövqi,Səni görcək artdı qəmərin zövqiGöydə mələklərin səndən yox fərqi,Nurdan sənə çəkmiş külahi zülfün.
Qurbani der: Gözüm, yuxudan oyan,O min bir adı gəl etgilən bəyan,Sərasər yazılıb ayeyi-Quran,Katiblər şərh edir, ənahi-zülfün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-zulfun
Клавиши ← → для перехода, R — случайное стихотворение