"Qurbani" dastanından qarı ilə qızın deyişməsi
Q a r ıBaşına döndüyüm gülüzlü cavan,Gəl alma qızımı – sarıdır, sarı!Səndən ötrü bəsləmişəm bu canı,Gəl alma qızımı – sarıdır, sarı!
Q ı zMeymun nəfəsinə bənzər nəfəsi,Tökülübdü əti, qalıb qəfəsi.Xəstəyə dərmandı qızın məməsi,Gəl alma anamı – qarıdır, qarı!
Q a r ıİşvə məndə, qəmzə məndə, naz məndə,Aşıq öldürməyə şirin söz məndə.Öpmək üçün buxaq məndə, üz məndə,Gəl alma qızımı – sarıdır, sarı!
Q ı zQarılarda işvə, qəmzə, naz olmaz,Bir gülünən bahar olmaz, yaz olmaz.Günü keçmiş qarı gəlib qız olmaz,Gəl alma anamı – qarıdır, qarı!
Q a r ıMəhbanıyam, çox ixtilat qataram,Gecə-gündüz işvə, qəmzə sataram.Yar deyib qoynuma alıb yataram,Gəl alma qızımı – sarıdır, sarı!
Q ı zƏsmərəm, özümü sana bildirrəm,Ağladıban göz yaşını sildirrəm.Küsülü olsan da, səni dindirrəm,Gəl alma anamı – qarıdır, qarı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-qurbani-dastanindan-qari-ile-qizin-deyismesi
Клавиши ← → для перехода, R — случайное стихотворение