P ə r iDərdin alım, əsmər oğlan,Dur gəl qoynuma, qoynuma!Yazıq canım sana qurban,Dur gəl qoynuma, qoynuma!

Q u r b a n iAla gözlü nazlı Pəri!Yox, Pərim, gələ bilmərəm.Sənə qurban canü sərim,Yox, Pərim, gələ bilmərəm!

P ə r iOtağına qədəm basdıq,Qəsdim budu qatam dosduq.Salım döşək, qoyum yasdıq,Dur gəl qoynuma, qoynuma!

Q u r b a n iNigar pəncərədən baxar,Üzüyün barmağa taxar,Məkr eylər, evimiz yıxar,Yox, Pərim, gələ bilmərəm!

P ə r iMən Pəriyəm, boyum bəstə,Zülfüm dal gərdəndə dəstə.Yerin sallam sinəm üstə,Dur gəl qoynuma, qoynuma!

Q u r b a n iÖzüm gördüm ərənləri,Mənə badə verənləri.Qurbaninin nadan yarı,Yox, Pərim, gələ bilmərəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов