Səfərnamə
Содержание
Страница 15 из 15 · 93%
Ol gecə orada [gecə] yarısına qədər qalıb sonra yola düşdük.
Rəbiül-axirin 19[u]. Sübh vaxt[ı] Tarsus şəhərinin iskələsi Marsana çatdıq. İyi iskələsi var, lakin ev azdır. Bu iskələlərdə qonsul bandralarından ziyadə və üskak imarət görünməyir. Və iskələdən bir qədər uzaq bir böyük bağlı-bağçalı qəryə var. Bura Qaraman və Anatolı iskələsi hesab olunur. Burdan Tarsus şəhərinə iki-üç saat yoldur. Və Adanaya dörd gün və Qonyaya altı gün yoldur. Ol tərəflərdən bu iskələyə gəlib, hər tərəfdən gedirlər. Burdan Anatolu dağları görünür. “Sureyi-Kəhf”dəki mağara bu dağlardadır deyirlər.
Tarsus bir iyi şəhərdir deyirlər. Axşama qədər iki-üç saat qalmış burdan yola düşdük. Sağ tərəfdə kənara tamaşa etdikdə çox xaraba şəhərlər görünür. Ol cümlədən Ponpi polis şəhərinin xarabası və sütunları aşkar görünür. Gecəyə düşdüyünə, sağ tərəfdə Sətaliyyə şəhərin və sol tərəfdə Qıbrıs adasın görmədik. Ol gecə yol getdik.
Sübh (ki ayın iyirmisidir) Anatolu dağlarına [seyr] edərək, sürüb, gecə Rodos adasına çatdıq. Yafədən buraya gələnə qədər hava qayətdə xoş olub, rahat gəldik.
Rəbiül-axirin 21[-i]. Sübh vaxt[ı] özümüzü Rodosun qarşısında gördük. Vapurun qaptanı havanın tövrünə baxıb, fəna olmağın təsəvvür edib və Rodos limanından ehtiyat edib məramı bu oldu ki, durmayıb ötsün, lakin İsdanbuldan gələn posta vafurun gözləmək iqtiza etdi. Və başımızın üstündə buludlar və altımızda dəryanın mövcləri təlatüm eləyib və ruzgarın səsi vafura düşüb, başladıq təhərrük etməyi.
Sübhdən üç-dörd saat keçmiş qaptan vapuru limana sürdü. Girib timur atan vaxta külək və mövc ifrat lanıb, vaburumuzu oynatıb, iskələdən çıxardı. Qaya yavuq olduğuna, qayətdə vahimə oldu. Tez sürətlabarın kəsdilər. Vapur dəryanın üzünə çıxıb başladı dəryanın üzündə oynamağı. Od salıb, vapuru dolandırıb, genə əvvəlki limana saldılar. Lakin bu aralıq da qayətdə xovf olundu, hətta su qəmərənin içinə girdi. İskələdən adamlar gəlib, bələdlik edib, bir nəhv ilə dayandırıb, iplərin kənardakı dəyirmanlara və sütunlara bağladılar vəlabarın dəxi atdılar. O günü axşama qədir və gecə sübhə qədər hava saatbasaat fəna oldusa da bir nəhv ilə vapurda keçindik.
Rəbiül-axirin iyirmi ikisində hava dahı ziyadə fəna olub labarın biri də qırıldı. Hərçənd şəhərdən bir bövük labar gətirib saldılar, lakin saatbasaat hava fəna olub və vapur tərpənib, xovf ziyadələndi [ki], iplər qırılıb, dəryanın mövcü vapuru götürüb, daşa vurub çölə atmasın. Havanı belə fəna görüb qəsdimiz vapurdan çıxmaqlıq oldu. Genə səbri- ixtiyar etdik.
Axşama bir saat qalmış buranın valisi paşa tərəfindən qayıq gəldi məxsusi bizi çıxarmağa. Qayığın qalxıb-düşməyi bizi qayətdə qorxutdu isə də ipə bağlayıb bizi, qayığa mindirdilər vapurdan. İskələyə gəlincə xeyli dalğalar aşdıq.
İskələ kənarındakı məscidə bizi qoydular. Qərantində olduğumuza binaən adamlarımıza ixtilat olmadı isə də lakin paşa tərəfindən bizə təam və sair mayəhtac gəldi.
Axşam olduqda hava dahı ziyadə fəna olub, vapurda qalan adamlarımızın fikrin edib, ol gecə rahat ola bilmədik; xeyli xovf çəkdik və həm can şirin olmağın təsəvvürün etdik. Bərkə düşəndə mala, yoldaşa baxmaz imiş!
Çün bu səfər də bu qədər dənizlərdə bir belə qorxuya düşmüşdük, şükür Allahın kərəminə, bu da dəf oldu.
Sübh (ki rəbiül-axirin iyirmi üçüdür) tamam adamlarımızı və əşyalarımızı düşürüb qərantuna getdik. Qərantində dörd gün qalıb, çıxıb qarşıda Murad Rəis türbəsinə ziyarət edib paşa təyin edən iskələ kənarında təzə imarətdə sakin olduq.
Və Bəhri-səfid cəzirələrinin valisi müşir İsmayıl paşa həzrətləri ilə görüşüb, özünün bizə olan məhəbbətindən razılıq edib və özü də qayət bizə mehribanlıq etdi.
Rodos cəzirəsi Bəhri-cəfid içində bir məşhur cəzirədi. Dörd-beş yüz [il] bundan əqdəm Beytül-müqəddəsi müsəlman əlindən çıxarmaq üçün Firəngistan əhliləri cəng-cədəl edib, səkkiz sənə Qüdsi-şərifə təsərrüf etdikdən sonra Sultan Səlahəddin onları basıb Suriya və Fələstin torpağından çıxardıqda haman firənglər gəlib Rodos cəzirəsinə dolubdurlar. Bir əzim qala yapıbdılar. Onun xəndəyi və divarı və neçə qat top xanaları və mazqalları və pünhani yolları intəhayi-mərtəbədə bərkdir, içinin mühümmatü zəxirə yerləri hədsizdir.
Və kənardan gələn sudan qeyri içində quyu suyu çoxdur. Və qarallar oturan əmalat xaraba olsa da iyi və bövük yapısı məlum olur. Çox kilsələri məscid yapmışlar. Və küçələri gərək çağlı iyidir. Xüsusən xırda ağ və qara daşlar ilə döşəyib dilər; qayətdə təmiz və nəfis görünür (içində yaxşı qonaqlar, xırda portəqal və limon bağçaları ilə). Bazarı çox gur, qələbəlik deyildir. Bahar[da] gəmilər [gələn] vaxt gərək gur olsun. Qaç danə bövük camelər Osmanlı padşahları tikdirib külli vəqflər ehsan etmişlər.
Bir gün topçu Məhəmməd ağa min başısı bizi aparıb tamam qalanı gəzdirdi və mühümmat qoyulan anbarları göstərdi. Gərək çağlı təmiz və nizamlıdır. Qanlı qapının başı üstündə olan odada oturub bu qalanın islam əlinə düşməyindən sual etdik. Sultan Süleyman Fateh yüz min əsgər Bəhrə göndərib və yüz min əsgər Anadolıdan cəm edib qalanın üstünə gəlib. Çox mühasirə və cəng etdik[də]n sonra Qanlı qapı tərəfindən yürüş götürübdülər. Qırılan əsgərin meyiti xəndəyi doldurub, üstündən əsgər girib qalanı fəth etmişlər. Sonra xaçpərəsləri cəzirənin kəndlərinə çıxarıb müsəlmanlar [onların] evlərin zəbt etmişlər.
Şimdi qalanın içində müsəlman evlərindən qeyri bir qaç min yəhudi evləri vardır. Xaçpərəslər köylərdə oturub cizyə verirlər. Hətta qala içində ticarət edən xaçpərəsləri cümə qılınan vaxta qaladan tışra çıxarıb qapıları bərkidirlər. Qalanın ətrafında çox bağçalar var içində iyi qonaqları ilə. O cümlədən bir firəng bağı var hədsiz portəqal ağacı ilə. “Əsldən vəqfimiz” deyirlər. Və bir dəxi Hafiz ağanın bağçasına və imarətinə seyr etdik. Qayətdə səliqə [ilə əkilmiş] və nəfis bağça və məkandır.
Şəhərin kənarındakı cəbələ çıxdıqda oradan əski Rodos və ətəyində abadan və gözəl bağlar görünür. Oraları gəzdikdə Əznilli deyən bir seyr yeri var (qalanın bir saatlığında), oraya da düşdük. Gərək bahar[da] qayətdə dilgüşa yer olsun, çün yaxşı çahar hovuzları (ətrafı gunəgun daşlar ilə döşənmiş), yaxşı səliqə ilə əkilmiş ağaclar və yaxşı çəməngah yerlər bizə qayətdə xoş gəldi.
Rəbiül-axirin iyirmi birində Rodosa düşüb, cəmadiyül-əvvəlin on dördünə qədər bu cəzirədə qaldıq. Özümüz rahat olub xoş keçirdik, lakin yola düşmək və su səsi bizi bir qədər rahat etməyirdi, çün on beş gün dəryanın yüzü iki gün bir-birinin dalısıy can rahat olmadı. Və rüzgarda müşəvvəş idi. Sonra hava iyi oldu.
Beyrut tərəfindən gələn vapurların intizarında ikən xatirimiz də lövbəlövn təsəvvürlər, ümidlər və vəsvəsələr edib, mabeynimizdə söyləyirdik ki, böylə gedərik, şöylə gedərik. Qəzayi-ilahidən, firəng vapuru çatdı, bizdə cəmadiyül-əvvəlin on dördündə günorta vaxtı vapurun içinə girib, dəryanı əmin görüb və havanı qayətdə xoş görüb, məsrur olub, yoldaşlar şad olurlardı ki, yaxşı oldu ki, fəna havalarda vapurlara süvar olmayıb, şimdi bu vapur ilə....
[Cəmadiyül-əvvəlin 18-i]. ...İlahinin işindən kor olduğumuz [...]bizim üçün bir əzim göstərmə oldu. Vapur yola düşdü. Axşama bir-iki saat qalmış bir qədər rüzgar əsib, dəryanın yüzündə göyərçin qanadları kimi bala-balaca su dalğalandı. Bir qədər vapur sallandı isə də lakin özümüzə təskin verib, Əstənku adlı cəzirənin sol tərəfindən keçib sabaha iki saat qalmış Sisam cəzirəsi ilə Nəqay cəzirəsinin mabeyninə çatdıq. Hava ziyadə furtına olub, vapurun təhərrükü saat basaat çoxlandı.
Saqqız adasına üç saat qalmış sabah açıldı. Dəryanın mövcü ifrat təfrit oldu. Bir tərəfdən külək, bir tərəfdən dağlar kimi əmvaclar və bir tərəfdən vapurun dağ kimi mövclər üstündən axıb getməyi [üzündən] vapur da olan maehtiyaclara zəlzələ düşüb adamlar qayətdə vəhmələndi. Həqiqətdə, iki saat dəryanın bövük-bövük ləpələri vapuru iyirmi-otuz arşun yuxarı qaldırıb-aşağı düşürməyi və kənarlardan gələn ləpələrin dolu kimi vapurun içinə tökülməyi adamı vahiməyə saldı. Allahın şəfqəti-mərhəmətindən, külək qarşıdan və yandan [əsmədi yinə], [...]. Ruzgar daldan olduğuna, vapurun çarxların bağlayıb yelkən açdılar. Bu nəhv ilə qaç saat sürüb günortaya üç saat qalmış Anadolı tərəfindən Çeşmə qəsəbəsi ilə Saqqız adasının arasına girdik və bir para xırda adaların arasından keçdik. Ona binaən dəryanın ləpəsi az olub vapura çox güc edə bilmədi, lakin genə hava dutqun, dəryanın yüzü qara və duman idi. Hətta sol tərəfimizdə Saqqız şəhərində yaxşı görə bilmədik.
Axşama bir saat qalmış İzmir şəhərinin yaxınında Yengi qalaya çatana qədir ruzgar gah qarşıdan, gah sağ tərəfdən əsib, bizi ziyadə incitdi. Yengi qalanın qabağından keçdikdə rahat olub, axşama yarım saat qalmış gəlib İzmir qarşısında labar atıb, Allaha şükür edib, gecə orada qalıb istirahət etdik. O gecəsi sübhə qədər yağış yağıb vapur üstə olan kəsləri qayət batırdı. Dünənki....
Kitabxana.az · https://kitabxana.az/ru/works/qutqasinli-sefername
Стихи других поэтов
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: