Содержание
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Страница 12 из 15 · 73%

Və şəhərə girən yerdə gözəl Səlimiyyə və Salmaniyyə məscid və təkyələri qədim padşahların şan-şövkətin göstərir. Gəlib, haman camedə əsri qılıb, gözəl yapısına baxıb qayıtdıq mənzilimizə. Bu camelər (və yanında təkyələri) ziyadə məsarif ilə bina olmuş imiş; dəxi qayətdə məsarifi var. Hər ayda külli [...]bəsi yoxdur. [...] mənfəətli adamlar çıxmayır ki, ətrafda olan [...]. Babi-səğər də böyük məzarıstanda Bilal həzrətlərinə və Əzvaci-Mütəhhərə həzrətlərinə və sair ali-rəsulillah həzrətlərinə və bəzi əshabələrə ziyarət etdik.

Və bu məzarıstanda ziyadə şərafətli kəslər vardır. Bunun kənarında məlun padşah Yezidin xaraba olmuş imarəti təpə olmuş və şəhərin murdar ilə dolmuş yer[i]dürür və bir tərəfi də şəhərin bağçalarıdır. Şimdi dəxi ol xaraba murdarlıqdır. Ata-anasından küsən və hərzə gəzən zükur-ünas qumar oynamağa və fəna işlərə cəm olan yerdir və xeyli daldalanacaq yerləri dəxi vardır. Biz ordan keçərkən dəxi çox qumar oynuyan uşaqlar gördük və həmd[əxi] hərzə gəzən övrət və yanlarında kişilər gördük. Xatirimizə Yezidin hərəkətin gətirib və məkanından dəxi nifrət etdik.

Və Babi-şərqidə dəxi bir əshabələrin qəbirlərinə ziyarət etdik və şəhərin ortasında xeyli ziyarətgahlara ziyarət etdik. O cümlədən Sultan Səlah[əd]din və Sultan Nurəddin Mahmud həzrətlərinə ziyarət etdik. Sultan Səlah[əd]din həzrətlərinin hünərlərin xatirə gətirib, [...]. Xalid ibn Vəlid həm xatirimə düşdü. Allah rəhmət edə!

Şamda şeyxlər çoxdur, lakin xalidi, nəqşbəndi ziyadədir. Şeyx Məhəmməd Xani iyi üsulunda işin yeridir. Və Şeyx Əhməd Müqai dərviş və mömin adam görünür. Şeyx Sahib təkyə sahibidir, lakin təkyəsində adam yox və çıxmaz. Və Xalid həzrətlərinin oğlu Nəcməddin əfəndi qayətdə gözəl adamdır və vaxtında iyi olur, inşaallah! Təriqi-mövləvi və qadiri və rüfai çoxdur. Xüsusən rüfai ziyadədir və şeyxləri də dəf və zəng ilə zikr edir. Və Məlik Tahir üstə ki təkyəyə bir dəfə getdik. Orada uşaqlar çox gördük və cəzb də oldular. Sonra mən çıxanda cəzb olan uşağın biri gəlib məndən pul da istədilər. Allah əzimüşşan bizlərə [...] tovfiq versin. Amin!

Müşir Məhəmməd paşa bizi qonaq etdi Yevrapa sayağında. Qayətdə mehribanlıq etdi. Və özünün kamalı var. Üsuli-dövlətiyyədən agahdır və mərifəti var.

Bir gün dəxi məclis rəisi Davud paşa bizi qonaq etdi. Ol məclisdə “Mövludi-şərif” oxundu qayətdə təsirilə. Və üləmalardan çox var idi. Ol gecə məclisimiz ruhani oldu, qayətdə xoş keçdi. Və Davud paşa [...] və təriqi-nəqşbəndi ixlas kəslərindən [...].

Miralay Həmid bəy Qarslı bizi dərvişanə qonaq etdi.

Vükə[la]lar əmini Mustafa ağa çalan və çağıran ilə qonaq etdi. Əsgər Əli paşa vali gəlib bizə qayətdə mehribanlıq etdi.

Bu nəhv ilə qırx gün Şamda oturduq. Rütubətli havası bizi xeyli incitdi. Lakin hava iyi olub bağçalar ilə getdikdə kö[n]lümüz açılırdı — ağacları yarpaqlı və üstündə narınc və limu, zeytun, yerləri səbziyyat.

Şami-şərif qədim şəhərdir və çox şərafətli məkandır və ziyadə iyi kəslər[i] olmuş, əmma şimdi hər xüsusda köhnəlmiş kibi görünür və xalqının təbiəti nəfsaniyyətdə ziyadədir.

Qüdrəti-ilahidən iyi kəslər və mövsüm istər ki, bir qədər Şamı oynağa salsın. Və iyi qalası varmış; şimdi xarabadır və özləri sərəncamsız, nizami-xeyriyyeyi-zabitəyə müvafiq icra olmamış. Hevran və Diruzi asi olmuş nizam qərəsi verməmək üçün.

Və Şam əhalisi dəxi firab verirlər.

Şamdan Beyruta qədər

Rəbi[ül]-əvvəlin iyirmi yeddisində qatırlar və atların [birini] yetmiş beş quruşa tutub günortadan bir saat müqəddəm yola düşdük. Gəlib Məzəhdə vali paşa tərəfindən təyin olmuş qırx nəfər süvari (zabitiyyədən üstə Salam ağa mülhəq olub) [ilə] başladıq Salehiyyə dağın çıxmağa. Dörd saat yol dərə-təpə ilə gedib, bir bulağ üstə düşüb, namaz qılıb və iki saat düz ilə gedib Dimas qəryəsində düşdük. Məzəhdən dağa çıxıb dal tərəfə — Şamın yaşıl sərilmiş bağçalarına və qəryələrinə seyr etdik. Yolumuzun sol tərəfində Diruzun qarlı da[ğları] görünür və sağ tərəfimizdə Rəbva boğazına gedən çay və ətrafında bağlar fəhm olunur. Və Dimasın bir saatlığında sağ tərəfdə bir dağ görünür üstə qaç ədəd ağaclar ilə. Deyirlər ki, orada Qabil Habilin meyitin qoyubdur. Ona binaən ora ziyarətgah hesab olunur. Payızda Şamdan və ətrafdan oraya çox adam cəm olub, qurbanlar kəsib, ziyarət ed[irlər]. [...] , lakin şimdi diruzi qorxusundan [...].

Rəbi[ül]-əvvəlin 28[-i]. Gecə qalıb sübh tezdən yola düşdük. Dörd saat yolumuz qayət məşəqqət idi. İki tərəfimizdə üskəkdağ (dərəsi dar və daş) və yolda qorxulu idi. Və iki saatda dərə-təpə olsa da yaman deyil idi. Sonr[a] üç saat yolumuz asan oldu, çün Buqa ovasına düşdük, ortasında Mərc adlı qəryədə qaldıq. Gecə mənzilimizin iyi olmamağı və yağış yağmağı bizi məyus etdi. Lakin sübh açıldı.

Rəbi[ül]-əvvəlin 29[-u]. Namazdan [sonra] Mərcdən çıxıb, iki saat düzlə gedib, çıxdıq dağda olan karvansaraya. Orada durub durbin ilə [seyr] etdim. Yanımızda — çayın boğazında bir səkidə qədim[dən] yapılmış Qəleyi-İlyas görünür; bir gözəl yerdə qayətdə bərk qala, lakin şimdi xaraba.

Buqa ovası Diruzi dağlarının arasından düşüb uzun gedir ta Həmi tərəfinə qədər. Uzun[u] iyirmi saata qədər və eni gah-gah dörd saat, gah əlli saat olur və ortasından böyük çay axır. [...] suyun ətrafa çıxartmaq olur. Bu ovada əlli-al[t]mış qəryə var çox ziraət livə bağlı-bağçalı. Lakin diruzilər onları çox incidirlər. Qayətdə abadanlığa layiq ovadır. Məlaq qəryəsində müslim oturur. Onun bir saatlığında Zəhələ qəsəbəsi var; məvran millətidir; qayətdə dövlətmənddirlər. Balbak qalası da oraya yavıqdır.

Üç saata neçə xanlar keçib dağın başına çıxdıq. Yağış yağıb, dərədən axan çay görüb bizim məmləkət xatirimizə düşdü...

Bir qədər gedib başladıq dağı düşməyə. [...]tvədər ya gördükdə şad olub süzmək istəd[ik], la[kin] yolun daşlığı və fənalığı hər dəqiqədə bizi məəttəl edib atlarımız fikir ilə bu daşdan ol daşa üsulilə ayaq basıb gedirdi. Axirül-əmr axşamdan Xan Hüseyn karvan sarayına çatdıq. Bu doqquz saatda qayətdə ehtiyat etdik [ki], at ilə yıxılıb dərələrə düşməyək. [...] pillakən kimi idi. Yolumuzun sa[ğ] [...] və dərələrdə abadan Hevran qəryələri görünür və sol tərəfdə diruzilərin qəryələri görünür. Bunların köyləri və bağçaları dağı pillakən-pillakən edib, arasında salıbdılar üzüm tənəkləri; yerdə uzanıb yağmır suyu ilə sulanır. Və çox əncir və zeytun vəçəm ağacları var. Və həm cabalları da var ki, üpək yapırlar.

Rəbi[ül]-əvvəlin 30[-u]. Gündoğanda yola düşüb, sağ və solda münbit qəryələrə tamaşa edə[-edə] və bağçalar arasında seyr edə-edə və Beyruta və dənizə baxa-baxa üç saat [yol edib], atlarımızdan düşüb bir xanda oturduq və yolun daşından [salama]t qurtulduğumuza şad olduq.

Hevran hakimi Mir Heydər və Diruzi hakimi Mir Əmin bəy himmət etsələr, əlbəttə, yollar iyi olur, lakin ol fəqirlərin macal və fürsəti yoxdur ki (din davasından, gunəgun mənsəblərin [...]), [...]. [...]yırlar. Bir saat istirahət [edib], [...] [cəna]b Qənstantin Bazili Quazi (?) və fəriq İzzət paşanın [əmri ilə qabağ]ımıza gəldilər. Bizim qarşımıza düşüb, bağların içindən keçib, şəhərə daxil olub İzzət paşanın evinə düşdük. Onun mehribanlığı bizim yorulma[ğımı]zı bir saat söhbət etdikdə fəramuş etdirdi.

Beyrut bizə qayətdə xoş gəldi. Əvvələn, İzzət paşanın qaibanə məhəbbəti, saniyən, köhnə aşnamız Bazili cənablarının mehribanlığı, əlavə, Səda valisi müşir [...] Ərzurum davasında bizi gördüyünə və həm o [...] saat bizim ilə Çərkidə mülaqat [...]. [...] etdilər. Hər bir h[...] [...]. Tamam Beyruta seyr et[dik]. [...] [dağlar]ı və dağınıq təpələri

[...]. [...] görünür. Qışda yaz havası kimi hava [var idi]. Ağaclar üstə yap[raqlar tərpənmir, havanın] istiliyi adamı çaşdırır.

Müqəddəm Səda valiləri Əkkada otururmuş, Beyrut bir cüzi şəhər hesab olurmuş. Misirli İbrahim paşa Şamilə Pəlaştin torpağın zəbt etdikdə Beyrut bir qədər məşhur olub. İmdi vali oturub. Şam və sair Ərəbistan vilayətlərinin iskələsi hesab olur. Şəhərdə qayətdə abad evlər [var] və daha abadan olmağa zənn olur. Hesab etməlidir hər sənədə beş-altı yüz ev təzədən yapılır. Və içində hər millət var. Müsəlmanı azdır. Qaç came var. Ol cümlədən [...] həzrəti-Yəhya peyğəmbərin şəhid olmuş əllimüq[ərrəbi] [...] məkana gəldik. Gedib orda cümə qaldıq. İzzət paşa yapdı[ran] [...] bu yerdədir. Özü böyük və məkanı dəxi [şərafətlidir].

Случайное стихотворение

Стихи других поэтов