Gözümdə kamımdır bu gün,Mənim qiyamımdır bu gün,Xəyal əyyamımdır bu gün,Bir il tamamımdır bu gün,Qara bayramımdır bu gün,Eşqin yasına ağlayım.

O gündən gün keçib xeyli,Pərvanə Məcnun, şam LeyliYanıb gileyli-gileyli,Sevənlər sınıq taleli,Yarın sınıb mənə meyli,Mən sına-sına ağlayım.

Şəfqətim var, saçılmayan,Zülmətim var, qaçılmayan,Zillətim var, puç olmayan,Həsrətimdən açılmayan,Dərdinə əlac olmayanKönül pasına ağlayım.

Yamandır hicran yarası,Aşiqlərin macərası,Sönüb baxtımın çırası,Gedib gözümün qarası,Ağlamağın yox çarası,Qoy, qarasına ağlayım.

Nə həmdəmin var, ay Zəka,Nə məlhəmin var, ay Zəka,Batan gəmin var, ay Zəka,Sənin kimin var, ay Zəka,Minbir qəmin var, ay ZəkaBilməm, hansına ağlayım?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви