Aləmə göz açdığı gün hər çocuqAğlayar, aləm gələ, ay-ay deyər.

Öz atası səslər onu hər sabah,Öz anası hər gecə laylay deyər.

Ay dolanar türlü rəqəm öyrənər,Kimsə ona gəl onacan say, deyər.

Sonra bu minvalla keçər qış, payız,Bir də görərsən özü yaz, yay deyər.

İştahası günbəgün artar onun,Qaqqa deyər, şirni deyər, çay deyər.

Pay verilən yerdə özü dillənər,Kim verəcəkdir mənə də pay, deyər.

Bir də duyar ki, böyüyüb, gəncləşib,Nəşələnər, hallanar, oxqay deyər.

Başqa bir aləmlə dalar aləmə,Bulmalıyam mən özümə tay, deyər.

Ağlı kəsər hay deyənə hay verər,Bərkə düşən yerdə mənə hay, deyər.

Yaxşı qanar yaxşı nədir, pis nədir,Olmalıdır arxada dayday deyər.

Baş ağarar, üz qırışar, yaş keçər,Bitdi işim, vay dədə, vay, vay deyər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов