Bu axşam mutlu axşam,Sahildəyik baş-başa,Dəli könlümdə ilham.

Ulduzlar bir tamaşa,Hər birisi bir ağ şam,Bu axşam mutlu axşam.

Üfüqlərdə ayparaDurub bir yelkən kimi,Kaş, o bizi apara.

Sən də düşün mən kimi,Mən sənə vurulmuşam,Bu axşam mutlu axşam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов