Bu dünya ulu dünya,Hikmətlə dolu dünya, –Soruş, öyrən min eldən,Kim deyir ki, bu dünyaDevriləsi dünyadır?

Bağlıdır məhəbbətə,Peymana, sədaqətə, –Qıyma, sovuşsun əldən,Röyası həqiqətəÇevriləsi dünyadır.

Dünya evi bir ev ki,Odu, işığı sevgi, –Oğul, candan, könüldənOnu duy, onu sev ki,Seviləsi dünyadır.

Budapeşt, 1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов