Dədəmi istəyərdim,Dədə Qorqud deyərdim –Mən dədəm Hüseyinə.

Soyu Oğuz soyuydu,Boyu Bayat boyuydu,Bağlıydı özəyinə.

Səsiydi ozanların,Baxmazdı insanlarınSüsünə, bəzəyinə.

Bir vətən var deyərdi,Ayırıblar, deyərdi,Güneyi, quzeyi nə?!

Ulus imanı, dini,Döndərmişdi eviniBabalar muzeyinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов