Soraqlar axınlaşar,Sənin dalğalarınla,Uzaqlar yaxınlaşarSənin dalğalarınla.

Əzəlim Qara dəniz,Gözəlim Qara dəniz,Üzəlim, Qara dəniz,Sənin dalğalarınla.

Sənin dalğalarınlaKönüllər vəcdə gələr,Ellərə müjdə gələr,Sənin dalğalarınla.

Kim səni candan istərOna ruhunu göstər,Dağılsın qara sislərSənin dalğalarınla.

Sənin dalğalarınlaSənin kimi dolmuşam,Sənli-mənli olmuşamSənin dalğalarınla.

Dərdi unutmaq olar,Qəlbi ovutmaq olar,Dünyanı tutmaq olarSənin dalğalarınla.

Afina, 1984

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов