Azərbaycan cahandır
Cahana bələdəm mən, mən cahanı gəzmişəm,Doğmalarla olmuşam yadlar ölkəsində mən.
Asyanı, Avropanı, Afrikanı gəzmişəm,Röyada dolaşmışam Odlar ölkəsində mən.
Mənim cahanda gözüm, canım bu kəhkəşandır,Oymaq-oymaq gəzmişəm mən bu kəhkəşanımı.
Azərbaycan gözümdə, könlümdə bir cahandır,Cahana dəyişmərəm bu nurlu cahanımı.
İstanbul – Bakı, 1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-azerbaycan-cahandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sevdalı könüllərdə dilək var,Varlıqda nə şeytan, nə mələk var!
Can-ciyərMəncə, varlıqda həyatdır ölümün can-ciyəri,Olmasaydı ölüm, olmazdı həyatın dəyəri.
Şair sevgisiO şairin ki varlığıOlunca dərbədər, sevər,
GəlsinKim cənnətə örnək dilər, İstanbula gəlsin,Kim aləmi görmək dilər, İstanbula gəlsin!
Стихи других поэтов · О родине
Elə bir kürsüdəyəm piylənir hər gün bədənim,Handa bir enli kresloya da yerləşmir enim.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Bir gecəlik Kür olmuşamSahilində qaldım Kürün,Verdim Kürlə baş-başa mən.