Yerə girmişlər üçün
Borc almamış ömründə atan kimsədən, oğlum,Qaçmış tiyan altında yatan kimsədən, oğlum!
Məncə, ucalıqdır yaşadan insanı ancaq,Əl açmağa ar eyləməz aləmdə bir alçaq!
Borc almağa adət edənin hörməti olmaz,Qaytarmayanın qeyrəti, şəxsiyyəti olmaz!
Vicdanı olan bir kişi minnət götürərmi?!Bir ömrü sülənməklə, sürünməklə sürərmi?!
Vicdanına ömrün boyu minnət yasaq olsun,Alçaqların alçaqlığı səndən uzaq olsun!
Ərdəmli yaşa, ər kimi, ərdəmli xələf ol,Ya göylərə qartal kimi yüksəl, ya tələf ol!
Mərd oğlu əyilməz bir ovuc daş-qaş ucundan,Vicdanını məşəltək ayırmaz başucundan!
Yoxdur yer üzündə yerə girmişlər üçün yer,Borc bil özünü yurda, nə borc al, nə də borc ver!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-yere-girmisler-ucun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ölü dillər var, oğul, dünyada,Ulusu, yurdu ömürlük ölüdür.
Oğul, açan gərək bu ilmələriOğul, açan gərək bu ilmələri,Necə vurublarsa, buruq-buruqdur.
Dadlı çiçəkSevgi! O könüllərdə açan dadlı çiçəkdir,Bir yol sevən, əlbəttə, ömürlük sevəcəkdir!
Şairin ömrüŞairin ömrü bahar ömrünə bənzər, məncə,Şairin ruhu bahar!
Стихи других поэтов
Ey üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!
Olmadı mümkün edim halımı cananə ərzOlmadı mümkün edim halımı cananə ərz,Mur nə qism eyləsin şahi-Süleymanə ərz.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,