Dərədə boy,lalə,yemlik.Təpələrdə kəkotu.Yol kənarında hündür dirəklər;qırıla bilən tellərlə bir-birinə bağlı.Kənd.Mağaza.Qəfəslərdə arşın malı, sabun.Yerdə duz tayı, ağ nöyüt çəlləyi.Çəlləyin dalındakitab bağlamaları.Qəfədə tütünü qarışıq papiroslar;tüstüsü – zəhər.Kitablarda insan ümidi,insan arzusu.Qəfəsədə yüzillik yubileyi ötmüşçaxmaq daşı.Kitablarda sevinc, həsrət, göz yaşı;birində az, birində çox.Nöyüt alırlarçıraq yandırmağa.Duz alırlar,şit bişməsin xörək.Sabun alanlar da var.Kimi əl-üz sabunu soruşur, kimi paltar.Növbə gözləyir kitablar:çəlləyin dalında,duz tayının dalında.

Yerləri dar, qaranlıq.Biganəlik kölgəsində qalıbbilik, işıq.Mən də varam orda, sən də.Lənətə gəlsin belə satış üsulunu!Mən cəhənnəm,heç olmasa,çıxarın o rütubətdən, qaranlıqdanFüzulini!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов