Qanadlar
Anama
Bir körpəydim –güləş,şən.Bir körpəydimonda mən.Yuxumda çox görərdimqıvrımsaç mələkləri.Sonsuz ala göylərdənməni çağırardılar.Bəzən qanadlarındauçar,uçar,uçardım.Min bir qapı açardımüfüqsüz mavilikdə.Könlüm əngin fəzalar,geniş göylər dilərdi.Axşam Ay,səhər Günəşgözlərimdə gülərdi.Şirin əfsanə kimiqara məxmər gecələr.Ucqar daxmada yanançıraq kimi ulduzlar...Ulduzlar, çıraq kimihər şeydən iraq kimi.Ulduzlar şirin, acı,Uzaq bir soraq kimi.Fanarları ulduzdanmələkləryarıb qara gecəni,dəstəylə,
birər-birər,Toplaşardı başıma.İpək qanadlarındaməni götürərdilərgöy gözlü ənginlərə.Arxasından qovaraq,qovuşardıq Günəşə.Günəş zağlı gümüşdən,Yorulur bu ötüşdən.Günəşin qucağındanədir məni üşüdən?
Nur karvanı boynundagəzirəm kainatı.Bir qırpımda gedirəmmin illik bir həyatı.Saçlarımı oxşayırxəfif, ilıq havalar.İçimdə sonsuzluğundərdi var.Dumanlara toxunurbarmaqlarım uçurkən.Köpük bulud karvanıaxır, keçir yanımdan.Buludlar, ağ buludlar,Qalaq-qalaq buludlar,Hansı dağlardır sizəYeni ovlaq, buludlar?Mən uçuramGünəşintellərindən tutaraq.İçimdə aşır-daşırnur baxışlı bir maraq.Uçuram, uca dağlarkiçilir yollarımda.Sanki gedir mənimlətükənməz yollarım da.Bax, məndən aşağıdaildırımlar parlayır.Od qamçılar havanıbağrından yaralayır.Bəzən gözəl mələklərqanadlı at olurlar.(Körpəliyin tükənməzbir xəyal dünyası var!)Qızıl nurdan qanadlaraçılır boşluqlara.Uçuram heç kimsəninuçmadığı diyara.Unutmaq olarmı heço nurdan qanadları?Qanadlar xəyalımınildırımlı atları.Qanadlar, ağ qanadlar.Yünül, qıvraq qanadlar.Kainat nə kiçikdir,Qanadlar, a qanadlar!
Mən uçuram, altımdagöy sinəli dəryalar.Köpüklü şəlalələrdurmadanaxar,axar.Fırtınalar ağlayır,yarğanda rüzgar kimi.Sanki qalxmaq istəyirgöyə dənizin dibi.Ulduzlara sıçrayıralmaz başlı dalğalar.Ac canavar ağızlı,göy qırmanclı dalğalar.
Dalğalar, ağ dalğalar,Yünül-yaraq dalğalar,Bəzən ətək qırçını,Bəzən bir dağ dalğalar.
Yumulur göy gözlərimyenə xumarlanaraq.Yenə göylər açılır,qarşımda varaq-varaq,Ay məndən yüksək deyil,Ay mənimlə tən durur.Sanki məndən utanır,Özü bir az gen durur.
Ay bir portağal kimi,Göy üzündə xal kimi.Uzaqlarda dolaşır,Əlçatmaz vüsal kimi.
Arxamda ulduz dolu,ətrafım dolu ulduz,Tükənməyən yolumunsağ yanı, solu ulduz.
Ulduzlar – ağ çiçəklər.Süzülür birər-birər.Elə bir dünyadayam,Gecələri çiçəklər.
Ulduzlar səpələnmişO sahilsiz dərinə.Sanki civə dağılmışGöy atlaz üzərinə.Qəlbim sərin,ruhum sevincli, dolğun.Bəlkə də, uf deməzdim,doğransam buğum-buğum.Yazıq,birdən,nə yazıq,Ölçüsüz ucalıqdaqorxunc bir külək qopar,kəsərdi yollarınıxəfif qanadlarımın.Qanadlar çırpınardı;külək amansız,qanıq.Vücudumda həsrətinəzabları oyanıq.Birdən bir qara boşluq,qara,sonsuz uçurum.Nə qanad,nə yer,nə göy.Düşürəmburum,burum.Ayılınca,həqiqət udurdu röyaları.Könlümdəbir acınınqanadıcı rüzgarı.Röyalar qara ömrünDərdini ovudurdu.Onlar kədərlə doluo vərəmli dünyadanməni ayrı tuturdu.Həqiqətin acısı bükər dodaqlarımı,örtərdi gözlərimi almazlı damlalarla.Röyalarda bəxtiyar,ayılınca, həyatda
Qarşılaşardım soyuqağlayan son baharla.Yuxu, xəyal dünyasıhəqiqətə dönüncə,Hıçqırardım gizlicə.Nə qədər həsrət çəkər,göz yaşları tökərdim,gecələr yana-yana içimdən.“Neçün yoxdur qanadım?neçün ömrüm bir röya,bir xəyal kəsilməyir?Neçün uçmayıram mən?” –deyərək,bu dərdlə inləyərək.Qanadlanmaq arzusuiçimdə bir ac qurddu.Məni gizli gəmirdi,yavaş-yavaş qurutdu.
Ömrüm vida etdikcəuşaqlıq sahilinə,Qanadlarım kiçildi,Kiçildi ildən-ilə.Günlər aldıo röya,O xəyal dünyasınınipək qanadlarını,Uşaqlığınsevimli,qəşəng qanadlarını.Mən açılan səhərəBənzədirəm körpəliyi.Qaranlıqdan başlayan yolu var.Səhər kimi yavaş-yavaş açılar.O da min rənglə boyalıdır.O da bir həqiqət ikən –xəyalidir.
Kim duymamışilıq səhərlərin dadını?Kim görməmiş Günəşinsəhər üfüqlərindəaçılan qanadını?Körpəlik ömrün səhəridir,onun gün yarısı da var.Üfüqdə başlayan axşamlarınqəmli sarısı da var.Gündüz gündüzə oxşar.Bir-birinə bənzərsarı bir həsrət gətirənaxşamlar.Bu, təbiətin yoludur.Lakin mənimgündüzlərim axşamla bitməyir.Öylə bir gündüzüm var ki,onun gümüş işığınıqaranlıqlar əritməyir.Bu gündüzü yaradanzəncirini halqa-halqa dağıtmışinsan oğludur.Uşaqlıq şirindir.Kim sevməz onu?Kim rədd edər onunBoyuna sarılan qolunu?Uşaqlıq şirindir,gənclik daha şirin olmasa,Getdikcə ömrün yolları,yeni nəşələrlə dolmasa.Ayrılarkən körpəlik sahilindənhəyatımın yelkəni,Acı həsrət qarışıqlısirli qorxu bürüdü məni.Könüldən yaralandım.Ömrün ən bəxtiyar çağları
keçdi sandım.Lakin doğrulmadı bu düşüncələr.Hər gün açıldı –yeni-yeni cahanlarqarşımda birər-birər.Qanadsız qanadlandığımgünlərdəNə gördümsəsöylədim qələmə.O da yazdı kəlmə-kəlmə.Açın səhifələri!Onlar ömrümün varaqlarıdır.
Onlar könül cahanınınSevimli, xoş diyarıdır.Ümidim,sevinclərim orda.Onlarıilk bahar çiçəyi kimiSəpdim bu yurda.Qəlbimdə böyüdükcəyurdumun vüqarı,Ulduzlara qaldırır mənişerimin qanadları.Baxın...O xəyal əsiri uşaqindi yüksələn ölkəsilə boy atır.Röyalarda qanad gərəno körpəBu gün insan ruhu yaradır.
Bakı – Moskva – Bakı,mart – dekabr, 1936
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-qanadlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,