Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,Qan ağladığım qəhveyi-fıncanın üçündür;

Vəz eylədiyim hədyəvü ehsandan ancaqÜmdə qərəzim kisəvü həmyanın üçündür;

Sərkəştəliyim xirməni-buğdalar ucundan,Aşiftəliyim sərvətü samanın üçündür;

Fərş eylədiyim sinəmi hər gün qədəmində,--Kəskin təməim süfrədəki nanın üçündür;

Bimar tənim küftəvü bozbaş ələmindən,Xunin ciyərim dolma-badımcanın üçündür;

Ağzım dolusu neməti-firdovs dedikdə,--Boşqabda qara gözlü fisincanın üçündür;

Vəsf eylədiyim zövqlə ənhari-behişti,--Kövsər məzəli şərbəti-reyhanın üçündür;

Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,Bildim bu tədarük şəbi-ehsanın üçündür.

Ax, bircə görəydim səni, ey sevgili varis,Meylim sən ilə dəsti-zərəfşanın üçündür!

Münimlərə can ver, könül, uyma füqərayə,Sinəmdə səni bəslədiyim anın üçündür.

Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,Bu od sənin ancaq alışan canın üçündür....

Yan, dinmə, sən Allah!Qan, dinmə, sən Allah!Həq söyləmiş olsan,Dan, dinmə, sən Allah!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира