Kəndli:— Denilir, elm oxuyun, sözləri hər anda bizə,Bunu təsdiq ediyor ayeyi-Quran da bizə,

Axund:— Hansı Qurandır o ki, onda yazılmış bu xəbər?Şiə mollası yazan türkicə Quransa əgər,Mən onun yazdığı Qurana yavıq durmayıram,Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndli:— Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund:— Ox, apar bir yana at sünni yazan təfsiri!Başına dəysin onun tərcüməsi, təhriri!Bizlərə molla filankəs yazan asar gərək!Biz olaq ondakı məzmunə xəbərdar gərək!

Kəndli:— O yazıb: yer öküzün buynuzu üstündə durur,Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund:— Buna şübhən də var?

Kəndli:— Əlbəttə, inanmam bu sözə!

Axund:— Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов